DƏHŞƏT:7 nəfəri bıçaqladı, oturub güldü
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avstriyanın Villaç şəhərində küçədə insanlara bıçaqla hücum edərək 1 nəfəri öldürən, 6 nəfəri yaralayan təcavüzkar saxlanılıb.
"Cebheinfo.az" xəbər verir ki, Avstriyanın Villaç şəhərində yaşamaq icazəsi olan və bu günə qədər heç bir qanun pozuntusu olmayan suriyalı qaçqın bıçaqlı hücum edib.
Hücum zamanı 14 yaşlı gəncin həyatını itirdiyi, 6 nəfərin müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilib.
Şahidlər 23 yaşlı gəncin hücum zamanı və sonra güldüyünü deyib.
10 dəqiqədən az davam edən hücum yemək daşıyan suriyalı sürücünün təsadüfən oradan keçməsi və cəsarətlə müdaxiləsi ilə başa çatıb.
42 yaşlı qəhrəman Alaaddin Alhalabi polis hadisə yerinə gələnə qədər maşını bıçaqlı təcavüzkarın üzərinə sürüb.
Avstriya rəsmiləri hadisə ilə bağlı terror təhqiqatına başlayıb. İstintaq çərçivəsində təcavüzkarın keçmişi və motivləri araşdırılıb.
Avstriya Daxili İşlər Nazirliyi hücum edən şəxsin İŞİD terror təşkilatına bağlı olduğunu və internet vasitəsilə radikallaşmaqda şübhəli bilindiyini deyib.
Nigar Hacılı
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 17 Fevral 2025 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















