Dəhşətli daşqın Nepal Çin sərhədindəki keçid məntəqəsini “xəritədən sildi” Video
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xəbər verdiyimiz kimi, Nepalın Çin sərhədinə yaxın ərazidə baş verən irimiqyaslı daşqında yüzlərlə insan ölüb, mindən çox insan isə itkin düşüb.
Yeniavaz.com xəbər verir ki, “Vantor” (məkan kəşfiyyatı, Yer müşahidəsi və əlaqəli proqram təminatı üzrə ixtisaslaşmış Amerika proqram təminatı şirkəti – red.) hadisədən günlər sonra daşqının keçdiyi ərazilərin əvvəlki və sonrakı peyk görüntülərini əks etdirən kadrlar yayıb.
Kadrlarda ən diqqətçəkən məqamlardan biri Çinin Tibet bölgəsindəki Gyironq sərhəd-keçid məntəqəsinin tamamilə torpaq altında qalması olub.
Həmin görüntüləri təqdim edirik:
Xatırladaq ki, daha əvvəl sel sularının sözügedən sərhəd-keçid məntəqəsini yerlə bir etməsinin də kadrları sosial mediada yayılmışdı.
Qeyd edək ki, ABŞ Geoloji Xidmətinin (USGS) qiymətləndirməsinə görə, hadisə Himalayda buzlağın qaya və buz kütləsi ilə birlikdə çökməsi və daha sonra dağıntı axınının yaranması nəticəsində meydana gəlib.
Bu mövzuda digər xəbərlər:Çin Nepal sərhədindən dəhşətli görüntülər... Video
26 Avqust 2026 15:48
Azərbaycan Nepal Çin sərhədindəki daşqın nəticəsində ölən şəxslərlə bağlı başsağlığı verib
26 Avqust 2026 21:01
Fransa kanalı Ermənistanı xəritədən sildi Foto
25 Mart 2025 22:32
Medvedyev Ukraynanı xəritədən “SİLDİ” FOTO KONKRET
25 May 2025 19:32
“Almaniya yoxdur, QDR qayıtmalıdır...” Solovyov Almaniyanı da “xəritədən sildi” + VİDEO
02 Sentyabr 2026 16:09
Baxış sayı:137
Bu xəbər 29 Avqust 2026 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















