Dekabrdan sülh sazişi ilə bağlı yeni proses başlayacaq” HİKMƏT HACIYEV
Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan və Ermənistan gələn ay sülh sazişinin müzakirəsinə qayıdacaqlar.
Azpost.info xəbər verir ki, bu barədə TASS-a Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev COP29 konfransı çərçivəsində bildirib.
Onun sözlərinə görə, noyabrın sonuna kimi Azərbaycan üçün gündəliyin əsas mövzusu COP29 olacaq.
“Dekabr ayından başlayaraq Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətninin müzakirəsi və danışıqların davam etdirilməsi ilə bağlı yeni proses başlayacaq”, – Hacıyev bildirib.
Hikmət Hacıyev qeyd edib ki, sənədin mətnində bəzi suallar var, ona görə də ekspertlər səviyyəsində danışıqlar davam edir.
Prezidentin köməkçisi əlavə edib ki, Ermənistan tərəfi Bakının sülh sazişinin mətni ilə bağlı təkliflərinə vaxtında cavab verməyib.
Azpost.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 13 Noyabr 2024 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















