QHT lərin ləğvetmə əsasları müəyyənləşdirilir
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dayandırılması və ləğvi ilə bağlı qaydaların dəyişdirilməsi təklif olunur.
“Cebheinfo.az” xəbər verir ki, Milli Məclisə təqdim edilən qanun layihəsinə əsasən, QHT-lərin fəaliyyətinin dayandırılması üçün yeni əsaslar müəyyən edilir. Bu əsaslara təşkilatların fəaliyyətində şəffaflığın təmin edilməməsi, korrupsiya hüquqpozmalarının, çirkli pulların yuyulmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericilik tələblərinin yerinə yetirilməməsi daxildir.
Bundan başqa, ictimai birliklərin icra orqanlarının, fondların prezidentlərinin və ya idarə heyətlərinin, eləcə də xarici QHT filial və nümayəndəliklərinin rəhbərlərinin səlahiyyət müddəti başa çatdıqdan sonra üç ay ərzində dövlət reyestrində müvafiq dəyişiklik edilməməsi də fəaliyyətin dayandırılması üçün əsas kimi müəyyənləşdirilir.
Layihədə təşkilatların ləğvi üçün də yeni hallar nəzərdə tutulur. Belə ki, QHT-nin ardıcıl üç il ərzində ümumi yığıncağının çağırılmaması, üç ildən artıq müddətdə fəaliyyət göstərməməsi və ya qanunla müəyyən edilmiş növlərdən birinə, eləcə də nizamnamə məqsədlərinə uyğun fəaliyyət göstərməməsi ləğvetmə əsasları sırasına daxil edilir.
Qanun layihəsinə görə, ləğvetmə müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmənin qərarı ilə həyata keçirilə bilər.
Vilayət Muxtar
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 27 Noyabr 2026 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















