Icma.az
close
up
RU
Dekartın Ulm gecəsi

Dekartın Ulm gecəsi

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Hər kəsin həyatında Ulm gecəsi var. Tibb institutunda oxuduğumuz, indi uzaqdan uzaq olan, reallıqda təşvişli, yaşımıza görə isə romantik və maksimalist o illərdə bu cümləni təkrarlamağı sevirdik.

Termini yazıçı, eser və kimyaçı Mark Aldanovun eyniadlı əsərindən əxz etmişdik. O isə öz növbəsində Dekartın bioqrafı Bayeyə istinad etmişdi.

Yəni, hər kəsin həyatında elə bir dönüş nöqtəsi var ki, yaşam məqsədi, həyat missiyası, ömür proqramı, ən vacib suallara cavablar, gələcəyin trayektoriyası  müəyyənləşir. Həmin gecə insan öz ekzistensiyasını dərk edir və tapdığı yoldan bir daha sapmır. 

İllər keçib əsr dəyişəndən sonra o gənclik formuluna da dəyişiklik edirsən. Yəni, hər kəsin həyatının Ulm gecəsi olur, ya da olmur. Kimsə həmin gecəni yatmır. Yatır, ancaq yuxu görmür. Yuxu görür, ancaq unudur. Yuxunu unutmur, ancaq haqqında da düşünmür. Vəssalam - şans vardı, reallaşma yoxdur. Fərd isə qoca aktyor kimi hələ də inanır - əsas rol qabaqdadır. Halbuki, həyatın sonuncu döngəsi də geridə qalıb.

Ulm gecəsi metaforası mənə hər dəfə həm də Roald Dalın bir ifadəsini xatırladır: "Kazanovanın yaşadığı fiziki həzz Paskalın intellektual həzzinin yanında çox zəifdir”. Əlbət, razılaşmaya bilərsiniz.

***

Avropanı xarabalığa çevirən Otuzillik müharibə başlayanda Rene Dekartın 22 yaşı vardı. O, döyüş meydanlarına yollanır və bir müasirinin sözü ilə desək, Otuzillik müharibənin əsas savaşlarını sadalamaq Dekartın iştirak etdiyi döyüşləri saymağın eynidir. Yaxud onun barəsində deyirdilər: Qılıncı dostların müdafiəsinə və düşmənlərinin əleyhinə həmişə hazırdı. Özü isə hərbi düşərgələrdə keçidiyi ömrünü "cəfəngiyyat və pərişanlıq” adlandıracaqdı.

1619-cu ilin avqustunun son günündə Frankfurtda alman imperatoru 2-ci Ferdinandın tacqoyma mərasimini seyr edəndən sonra 23 yaşlı Dekart Ulm şəhərinə yollanır. Özünün "Metod haqqında mühakimələr” kitabında həmin dövrü bu cür təsvir edir: "Qışın başlanğıcı məni hərbi dayanacaqlardan birində haqladı, əylənmək üçün həmsöhbətlərin yoxluğu, heç bir qayğı və ehtirasın məni narahat etməməsi şəraitində bütün günümü isti otaqda keçirdim və düşünmək imkanımdan yararlandım.  İlk gəldiyim nəticə bu oldu ki, çoxlu hissələrdən ibarət olan və çoxsaylı sənətkarların əli ilə ərsəyə gələn yaradılış ayı-ayrı insanların yaratdıqlarından fərqli olaraq mükəmməl deyil”.

Bu, noyabrın 10-da baş verir. Dekart dərin mühakimələr yolu ilə nəticəyə gəlir: bütün bilikləri bir yerə cəmləmək və istənilən məsələni ümumi şəkildə həll etməyə imkan verən "universal elm" yaratmaq mümkündür.

Dekartın bioqrafı Baye həmin günü bu cür təsvir edir: "O, adamların nadir halda baş çəkdiyi əldən-ayaqdan uzaq yerə gəlib çıxır, tənhalığa çəkilir. Bütün gününü bağlı qapı arxasında keçirir və fikirlərini toplamaq üçün vaxt əldə edir. Əvvəlcə təsəvvürünə güc verir. Sonra cəsarətlənərək bir ideyadan digərinə keçir.  Azadlıq hiss olunmadan onu bütün sistemlərin təkzibinə aparıb çıxarır. O, özünün bütün əvvəlki baxışlarından birdəfəlik uzaqlaşmaq qərarına gəlir... Onun beynini alov bürüyür. O, vəcd vəziyyətinə düşür, yuxular və xəyallar görür. Dekart deyir ki, noyabrın 10-da ifrat entuziazm vəziyyətində yuxuya gedir. Ona elə gəlir ki, həmin gün əsl elmin əsaslarını dərk edir. Yuxuda Tanrı ona yol göstərir - həqiqət axtaran öz həyatını həmin yola yönəltməlidir "...

Dekart həmin gecə gördüyü üç yuxudan bəhs edir. Birinci yuxuda axsaq filosof kilsədə sığınacaq axtarır. İkinci yuxuda o, fırtınaya düşür. Üçüncü yuxuda isə kitabı açır və orada latın dilində "Bundan sonra necə yaşamalıyam?” yazılıb.

Dekart əmindir ki, bu yuxular vasitəsilə ona universal elmi axtarıb tapmaq əmr olunur. 

Dekart "Metod haqqında mühakimələr” kitabında yazır: "Necə ki, qanunların çoxluğu qüsurlara yol açır və onlara bəraət verir, dövlət isə azsaylı, ancaq ciddi əməl olunan qanunlarla daha yaxşı idarə olunur, eləcə də mənim qənaətimə görə, məntiqi təşkil edən çoxsaylı qaydalardansa dörd qayda kifayətdir. Və mən hər hansı istisnasız onlara həmişə əməl etmək kimi qəti qərara gəldim”.

Söhbət hansı qaydalardan gedir? 

Birincisi, şübhə etmədən həqiqət saya bilmədiyin heç nəyi həqiqət adlandırma. 

İkincisi, qarşına çətinlik çıxıbsa, onu daha yaxşı həll etmək üçün mümkün qədər çoxlu tərkib hissəsinə ayır və hər hissəni ayrıca həll et. 

Üçüncüsü, ilk olaraq sadə məsələlərin həllini axtar və tədricən daha mürəkkəbə doğru get. 

Dördüncüsü, həmişə icmalları elə tam əhatəli et ki, heç nəyi nəzərdən qaçırmadığına əminlik yaransın.

Göründüyü kimi, birinci qayda aksiomalara aiddir. Onlar olmadan heç bir elmin bünövrəsindən danışmaq olmaz. Dekart özü bu barədə yazır: "Görəndə ki "Düşünürəm, deməli mövcudam” həqiqəti doğrudur və skeptiklərin ən ağılsız mülahizələri də onu sarsıda bilməz, onu əsl fəlsəfənin birinci prinsipi kimi heç bir şübhə etmədən qəbul etmək qərarına gəldim”.

Ulm gecəsində Dekart yalnız özünün ən məşhur kəşflərindən birini etməklə analitik həndəsəni yaratmadı. Həmin gecə onun bütün sonrakı fəlsəfi sisteminin təməli qoyuldu. O, özünün həyat proqramını müəyyənləşdirdi. "Düşünürəm, deməli mövcudam” isə o proqramın əvəzedilməz hissəsi idi...

Məmməd Süleymanov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 Mart 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri