Icma.az
close
up
RU
Dekolonizasiya dövrünün Avropa sınağı: Korsika nümunəsi

Dekolonizasiya dövrünün Avropa sınağı: Korsika nümunəsi

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Dünən Romada keçirilən “Milli kimlik, müqavimət və suverenlik: Korsikanın perspektivləri” adlı beynəlxalq konfrans, Avropanın qəlbində kolonial keçmişin yenidən gündəmə daşındığını göstərdi. Bakı Təşəbbüs Qrupunun və Korsikanın müstəqilliyini dəstəkləyən “Nazione” hərəkatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edən mütəxəssislər, analitiklər və insan haqları fəalları açıq şəkildə bəyan etdilər: Korsika məsələsi artıq təkcə Fransanın daxili işi deyil.

Tarixi keçmiş və zorakı ilhaq

Korsika adasının mübarizə tarixi orta əsrlərə gedib çıxır. Uzun müddət Genuya Respublikasının idarəsində olan ada 1755-ci ildə müstəqil Korsika Respublikasını elan etmişdi. Lakin azadlıq çox sürmədi – 1768-ci ildə Genuya Korsikanı Fransaya satdı. Bu “satış”dan dərhal sonra kral XV Lüdovikin göndərdiyi ordu adanı işğal etdi və beləcə, Korsikanın müstəqillik arzusu zor gücünə boğuldu.

O zamandan bəri – artıq iki əsrdən çoxdur ki, Fransanın adaya münasibəti assimilyasiya və inkar üzərində qurulub. Korsika dili tanınmayıb, adanın unikal mədəni kimliyi isə sistemli şəkildə sıxışdırılıb. 1850-ci ildən etibarən hətta adada geniş yayılmış italyan dili belə rəsmi statusdan məhrum edilib.

Mədəni mübarizə və simvolik müqavimət

Korsikalılar üçün mədəniyyət həm müqavimət, həm də kimlik vasitəsidir. Adanın ənənəvi polifonik musiqisi – chjam’è rispondi – UNESCO tərəfindən qeyri-maddi irs kimi tanınıb. Lakin bu zəngin irs uzun müddət mərkəzi hakimiyyətin laqeydliyi və ya qəsdən tətbiq etdiyi assimilyasiya siyasəti ilə təzyiq altında qalıb.

XX əsrin ikinci yarısından başlayaraq Korsikada müstəqillik tələbləri güclənib. 1970-ci illərdən etibarən adada silahlı mübarizəyə keçid baş verdi – bu, Fransa dövlətinin rəsmi orqanlarını və simvollarını hədəfə alan partlayışlarla yadda qaldı. 2014-cü ildə silahlı qanad silahı yerə qoysa da, dil, mədəniyyət və siyasi hüquqlar sahəsində diskriminasiya ilə bağlı narazılıq bu gün də davam edir.

Korsikalıların əsas tələbləri

Konfransda Korsika nümayəndələri və dəstəkçilər aşağıdakı əsas tələbləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdılar:

1. Korsika dilinə rəsmi status verilməsi;

2. Siyasi məhbusların əfv olunması;

3. Adanın muxtariyyətinin genişləndirilməsi;

4. Fransa Konstitusiyasında Korsikanın xüsusi statusunun tanınması.

Bunlar sadəcə lokal istəklər deyil – Avropa üçün test məsələsidir. Çünki Paris 1990-cı il Paris Xartiyasında qəbul etdiyi “azlıqların hüquqlarına hörmət prinsipi”ni öz ərazisində tətbiq etməkdən boyun qaçırır.

Beynəlxalq hüquq qarşısında Fransanın cavabdehliyi

2024-cü ilin noyabrında Marsel məhkəməsinin Korsika Assambleyasının iclaslarında korsika dilindən istifadəyə qadağa qoyması, bu gərginliyi yeni səviyyəyə daşıdı. Assambleya rəhbəri Mari-Antuanetta Mopertyui bu qərarı beynəlxalq məhkəmələrə çıxarmağa hazırlaşdığını bildirdi. Onun sözləri ilə desək, bu qərar yalnız korsika dilinə deyil, bütövlükdə Fransa daxilindəki breton, oksitan, bask və digər milli azlıqların dillərinə qarşı mədəni inkarın hüquqi ifadəsidir.

Dekolonizasiya dövrünün yeni mərhələsi

Avropa özünü insan haqlarının və hüquqi mədəniyyətin beşiyi hesab edir. Lakin Korsika hadisəsi göstərir ki, “müstəmləkəçilik” anlayışı təkcə keçmişin tarixi deyil, həm də indinin gerçəkliyidir. Fransa kimi nüfuzlu dövlətin Avropa daxilində belə bir siyasət yürütməsi, dekolonizasiya çağırışlarını daha da aktuallaşdırır.

Bakı Təşəbbüs Qrupunun bu məsələyə diqqət ayırması və onu beynəlxalq müzakirəyə çıxarması, Azərbaycanın insan haqları, milli kimlik və suverenlik dəyərlərinə verdiyi dəstəyin göstəricisidir. Bu həm də Avropanın gələcək siyasi dizaynında yeni reallıqların – milli kimliklərin, azad iradənin və mədəni müxtəlifliyin əsas yer tutacağının göstəricisidir.

***

Konfrans zamanı Bakı Təşəbbüs Qrupu və “Nazione” Hərəkatı arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədə əsasən, BTQ və “Nazione” koloniliazm və neokolonializmə qarşı mübarizə aparmaq və insan hüquqlarının müdafiəsi məsələsində əməkdaşlıq etməyə dair razılığa gəliblər.

Renad DADAŞOV,
hüquqşünas

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:225
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 May 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri