Icma.az
close
up
RU
Dekolonizasiya coğrafiya tanımır

Dekolonizasiya coğrafiya tanımır

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Sent-Martinli Çarlz Vudlinin Vaşinqtonda azərbaycanlı jurnalistə açıqlaması nədən xəbər verir?

Karib dənizindəki ada-dövlətin təmsilçisinin müstəmləkəçilik, ikili standartlar, öz müqəddəratını təyinetmə hüququnun məhdudlaşdırılması və beynəlxalq hüququn selektiv tətbiqi barədə dedikləri Azərbaycan tarixinin müxtəlif mərhələlərində yaşanmış proseslərlə diqqətçəkən oxşarlıqlar təşkil edir. Tarix göstərir ki, müstəmləkəçilik yalnız Afrika, Asiya və ya Karib adaları ilə məhdudlaşan hadisə olmayıb. Müasir beynəlxalq münasibətlərdə artıq qəbul olunur ki, imperiyalar fərqli formalarda fəaliyyət göstərsələr də, onların tətbiq etdikləri siyasi idarəetmə mexanizmləri və yerli xalqlara münasibətləri çox vaxt oxşar xarakter daşıyıb.

Sent-Martin adasının bugünkü siyasi-coğrafi statusu Avropa müstəmləkəçiliyinin ən uzunömürlü miraslarından biri hesab olunur. 1648-ci ildə Fransa və Niderland arasında imzalanmış Konkordiya müqaviləsi ilə ada iki hissəyə bölündü və bu bölgü üç əsrdən artıq müddətdə dəyişmədən qaldı. Diqqətçəkən məqam ondan ibarətdir ki, adanın gələcək aqibətini müəyyənləşdirən bu qərar yerli əhalinin iradəsi nəzərə alınmadan qəbul edilmişdi. Başqa sözlə, Sent-Martin sakinləri öz torpaqlarının obyekti olmuşdular. Müstəmləkəçilik tarixinin ən xarakterik cəhəti də məhz bundan ibarət idi: xalqların taleyi uzaq paytaxtlarda, onların iştirakı olmadan həll edilirdi.

Bu tarixi təcrübə Azərbaycan üçün də yad deyil. XIX əsrin əvvəllərində Cənubi Qafqaz uğrunda geosiyasi rəqabət aparan Rusiya və Qacar imperiyaları regionun gələcəyini yerli xalqların iradəsindən kənarda müəyyən etdilər. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri nəticəsində Azərbaycanın tarixi torpaqları iki imperiya arasında bölündü. Əslində, bu sənədlər iki dövlət arasında sülh müqaviləsi olmaqla yanaşı, bütöv bir xalqın taleyinin yenidən yazılması demək idi. Araz çayı siyasi sərhədə çevrildi, əsrlər boyu vahid mədəni, iqtisadi və etnik məkanın tərkib hissəsi olan Azərbaycan torpaqları süni şəkildə parçalandı.

Bu gün də həmin müqavilələrin nəticələri öz təsirini saxlayır. Dünyanın müxtəlif bölgələrində sərhədlər dəyişsə də, Arazın hər iki sahilində yaşayan milyonlarla azərbaycanlının tarixi yaddaşında XIX əsrdə baş vermiş bu bölünmə mühüm yer tutur. Məhz bu baxımdan Gülüstan və Türkmənçay müqavilələri imperiya siyasətinin xalqların taleyinə necə müdaxilə etdiyini göstərən tarixi nümunələrdir. Müasir beynəlxalq hüququn prizmasından yanaşdıqda belə bölgülərin legitimliyi ciddi suallar doğurur. Çünki bu gün BMT Nizamnaməsinin əsas prinsiplərindən biri hesab olunan xalqların öz müqəddəratını təyinetmə hüququ həmin dövrdə ümumiyyətlə nəzərə alınmırdı. XIX əsrin beynəlxalq sistemi gücün üstünlüyünə əsaslanırdı. Böyük dövlətlər sərhədləri xəritə üzərində çəkir, xalqlar isə həmin qərarların nəticələri ilə yaşamağa məcbur qalırdılar. Sent-Martin adasının və Azərbaycanın tarixindəki paralellər məhz bu reallığı əks etdirir: fərqli coğrafiyalar, fərqli dövrlər, lakin eyni imperiya məntiqi.

* * *

Müstəmləkəçilikdən bəhs edilərkən, adətən, Afrika, Asiya və ya Karib hövzəsindəki Avropa koloniyaları yada düşür. Lakin müasir postkolonial araşdırmalar göstərir ki, imperiya siyasətinin coğrafiyası bundan qat-qat geniş olub. Son illər beynəlxalq akademik dairələrdə Rusiyanın Cənubi Qafqaz, Mərkəzi Asiya və Şimali Qafqazda həyata keçirdiyi siyasət kolonial idarəetmə modeli kimi qiymətləndirilir.

Azərbaycanın XIX əsrdən sonrakı tarixi bu kontekstdə xüsusi diqqət çəkir. Çar Rusiyası regionu işğal etdikdən sonra əsas məqsəd yerli idarəetmə institutlarının sıradan çıxarılması, siyasi qərarvermə mexanizmlərinin imperiya mərkəzinə bağlanması və cəmiyyətin sosial strukturunun yenidən formalaşdırılması prosesi başladı. Xanlıqlar sistemi ləğv edildi, yerli siyasi elitaların təsir imkanları məhdudlaşdırıldı və region imperiyanın inzibati sisteminə inteqrasiya olundu.

Sovet hakimiyyəti qurulduqdan sonra da asılılıq münasibətlərinin mahiyyəti tam aradan qalxmadı. SSRİ özünü formal olaraq bərabərhüquqlu respublikalar birliyi kimi təqdim etsə də, siyasi qərarların qəbul edildiyi mərkəz Moskva idi. Xarici siyasət, təhlükəsizlik, hərbi strategiya, iqtisadi planlaşdırma və hətta bir çox hallarda milli inkişaf prioritetləri mərkəzi hakimiyyətin müəyyən etdiyi çərçivədə formalaşırdı.

* * *

Çarlz Vudlinin çıxışında diqqətçəkən məqamlardan biri BMT sənədlərində təsbit olunmuş hüquqlarla real siyasi praktika arasındakı fərq idi. BMT Nizamnaməsi və 1960-cı ildə qəbul edilmiş “Müstəmləkə ölkələrinə və xalqlarına müstəqillik verilməsi haqqında Bəyannamə” xalqların öz müqəddəratını təyinetmə hüququnu beynəlxalq hüququn təməl prinsipi kimi tanıyır. Lakin praktika göstərir ki, bu prinsip müxtəlif regionlarda fərqli şəkildə tətbiq olunur. Azərbaycan da bu selektiv yanaşmanın nəticələrini uzun illər yaşayıb. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğal siyasəti dövründə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə icra olunmadı. Beynəlxalq hüququn açıq şəkildə pozulmasına baxmayaraq, effektiv mexanizmlər işə düşmədi.

2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi regionda yeni geosiyasi reallıq formalaşdırdı. Azərbaycan beynəlxalq hüququn tanıdığı sərhədlər daxilində öz ərazi bütövlüyünün böyük hissəsini bərpa etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkənin bütün ərazisində konstitusiya quruluşu və dövlət suverenliyi tam təmin olundu. Bununla Azərbaycan faktiki olaraq BMT qətnamələrinin onilliklər ərzində icra olunmayan müddəalarını özü reallaşdırmış oldu. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycan beynəlxalq hüququn selektiv tətbiqindən əziyyət çəkən ölkələrdən biri olub və məhz buna görə beynəlxalq münasibətlər sistemində ədalət prinsipinin gücləndirilməsinin tərəfdarıdır. Dövlət başçısının fikrincə, beynəlxalq hüquq bütün dövlətlərə eyni şəkildə tətbiq edilmədikdə onun legitimliyi və təsir gücü zəifləyir. Eyni narazılıq bu gün Karib hövzəsindəki bəzi ərazilərdə də müşahidə olunur. Onlar hesab edirlər ki, beynəlxalq hüququn prinsipləri kağız üzərində hamı üçün eyni olsa da, siyasi reallıqda onların tətbiqi böyük güclərin maraqlarından asılı olaraq dəyişir.

* * *

Son illər Azərbaycanın dekolonizasiya məsələlərində daha fəal mövqe tutmasının arxasında tarixi təcrübə və kollektiv yaddaş amili dayanır. Azərbaycan XX əsrdə iki dəfə dövlət müstəqilliyini itirib və iki dəfə onu bərpa edib. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı və bolşevik işğalı nəticəsində süqut etdi. 1991-ci ildə isə SSRİ-nin dağılması ilə müstəqillik yenidən bərpa olundu. Bu səbəbdən suverenlik, özünüidarə və milli iradə anlayışları Azərbaycan siyasi düşüncəsində xüsusi yer tutur.

Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə də məhz bu kontekstdə baxmaq lazımdır. Azərbaycan özünü kolonial keçmiş yaşamış xalqların hüquqlarının müdafiəsində söz sahibi olan aktor kimi təqdim etməyə çalışır. Karib dənizindəki kiçik bir ada ilə Cənubi Qafqazın ən böyük dövləti arasında görünəndən daha çox oxşarlıq mövcuddur. Coğrafiyalar fərqlidir, tarixlər fərqlidir, lakin xalqların siyasi taleyində imperiya sərhədləri, xarici idarəçilik, bölünmə və azadlıq uğrunda mübarizə kimi ortaq mövzular hələ də yaşayır.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:288
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 İyun 2026 02:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see320

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see267

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see226

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see223

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see220

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see218

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see217

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see217

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see213

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see213

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see210

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see200

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see198

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see192

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see190

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see181

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see178

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see177

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see177

Yeni yaranan planet aşkarlandı

23 Sentyabr 2026 22:47see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri