Icma.az
close
up
RU
Korsika müstəqillik tələb edir

Korsika müstəqillik tələb edir

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Bakı Təşəbbüs Qrupu müstəmləkəçilikdən əziyyət çəkənlərin yanındadır

Gün gələcək, təkcə korsikalılar deyil, həmçinin Fransanın müstəmləkəsi altında əziyyət çəkən digər xalqlar da əsarətdən qurtulacaqlar. Dünyada cərəyan edən hadisələrin gedişatı və müstəqillik işartıları məhz bu qaçılmaz perspektivdən xəbər verir. Hələlik müstəqilliyini və kimliyini Parisdən daha qətiyyətlə tələb etmək mərhələsini yaşayan Korsikanın səsinə azadlığı və ədaləti sevən ölkələr səs verməkdədirlər. Onların arasında Azərbaycanın səsi daha gur eşidilir.

İtaliyanın Roma şəhərində “Milli kimlik, müqavimət və suverenlik: Korsika üçün perspektivlər” adlı tematik konfrans keçirilib. Tədbir Bakı Təşəbbüs Qrupu və Fransa müstəmləkəçiliyindən əziyyət çəkən, Korsikanın müstəqilliyi uğurunda mübarizə aparan “Nazione” Hərəkatının birgə təşkilatçılığı ilə baş tutub.

Konfransda “Nazione” Hərəkatının rəhbər heyəti və üzvləri, həmçinin İtaliyada fəaliyyət göstərən beyin mərkəzlərinin nümayəndələri, dekolonizasiya hüququ üzrə ekspertlər, eləcə də Milli Məclisdə fəaliyyət göstərən Korsika Xalqına Dəstək Qrupunun üzvü iştirak edib. Onlar Fransanın müstəmləkə istibdadından əziyyət çəkən Korsika xalqının qarşılaşdığı problemlər, habelə siyasi, hüquqi, iqtisadi, sosial, mədəni və digər məsələləri müzakirə ediblər.

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov mediaya açıqlamasında bildirib ki, konfrans çərçivəsində Fransa müstəmləkə siyasətindən əziyyət çəkən Korsika xalqının qarşılaşdığı əsas problemlər – siyasi, hüquqi, iqtisadi, sosial, mədəni və digər məsələlər müzakirə olunub. O qeyd edib ki, BTQ adada Fransa tərəfindən Korsika dilinin dövlət dili kimi tanınmamasını və yerli mədəniyyətin sıxışdırılmasını insan hüquqlarının pozulması kimi qiymətləndirir və assimilyasiya siyasətinə qarşı çıxır.

Konfransda, həmçinin milli kimliyin və Korsika dilinin rəsmi statusunun tanınması, mədəni irsin qorunması, korsikalıların öz müqəddəratını təyin etmək hüququnun təmin edilməsi, BMT və digər beynəlxalq təşkilatların müvafiq mexanizmlərini rəhbər tutaraq müstəqillik perspektivləri də təhlil olunub.

***

Bəli, Korsika Fransa müstəmləkəsindən azad olmaq istəyir. Amma Emmanuel Makron hökuməti onların azadlıq səsini boğmaqda israrlı görünür. Paris, əslində, dünyanın XIX əsrdə qalmadığını, artıq XXI əsrlə nəfəs aldığını unudur. Mütəmadi olaraq Korsika xalqına qarşı müstəmləkəçi siyasət yürüdən rəsmi Paris yenə də onların iradələri əleyhinə addımlar atmaqda, bu xalqın azadlıq istəyinin qarşısına çəpər çəkməkdə davam edir.

Korsika parlamenti adanın muxtariyyətinə dair qanun layihəsini bir il bundan əvvəl qəbul edib. O zaman “Le Figaro” qəzeti yazırdı ki, 6 maddədən ibarət sənəd 3 hissəyə bölünərək səsverməyə çıxarılıb. Qanunun birinci maddəsinə görə, Korsikanın Fransa hüdudları daxilində muxtariyyəti tanınır, icmanın tarixi, linqvistik və mədəni xüsusiyyətləri nəzərə alınırdı. Parlamentin 63 deputatından 62-si bu maddənin lehinə səs vermişdi.

Digər maddələr normativ hüquqlara, sığorta və digər məsələlərə aiddir. Bu maddələr də səs çoxluğu ilə qəbul edildi. Amma müstəqillik tərəfdarı olan “Nazione” Hərəkatı bu irticaçı qanun layihəsinin əleyhinə çıxmışdı. Hərəkatın Korsika parlamentindəki yeganə deputatı Jozefa Ciakometti Piredda bütün maddələrin əleyhinə səs vermişdi. Xanım deputatın fikrincə, Parisdə daxili işlər naziri Jerar Darmaninin rəhbərliyi altında hazırlanan qanun layihəsi irəliyə doğru addım deyil, əksinə, korsikalılar üçün buxovdur. Məqsəd konstitusiya baxımından əhəmiyyət daşımayan məsələləri rəsmiləşdirməkdir.

Parlamentin səs verdiyi həmin sənədin qanuni qüvvəyə minməsi üçün, o, Fransa parlamentinin hər iki palatası tərəfindən təsdiqlənməlidir. Yəni Makron hakimiyyəti muxtariyyət oyunu ilə Korsikanın müstəqilliyə gedən yolunu birdəfəlik bağlamaq istəyir. Fəqət Paris azadlıq selinin qarşısını heç bir bəndlə kəsə bilməyəcək. Çünki Korsikanın öz müqəddəratını təyinetmə və müstəqillik uğrunda mübarizəsi Fransanın digər müstəmləkə ərazilərində aparılan azadlıq hərəkatları ilə həmrəylik nümayiş etdirən ümumi müstəmləkəçilik siyasətinə qarşı vahid müqavimət dalğasının tərkib hissəsidir.

Oxuculara xatırladaq ki, Fransa müstəmləkəsindən əziyyət çəkən xalqların son illər Bakıda toplaşması, buradan dünyaya müstəqillik arzularını bəyan etməsi, eləcə də Türkiyədə, Rusiyada, digər ölkələrdə analoji tədbirlər keçirməsi nəticəsiz qalmayacaq. Korsika xalqına azadlıq vermək istəməyən, onların başını muxtariyyət oyunu ilə qatan Makron hökuməti Qarabağda bir ovuc erməniyə “müstəqillik” tələb edirdi. Özünün “ərazi bütövlüyünü” bu şəkildə qoruyan, xalqların müstəqillik hüququnu tanımaqdan boyun qaçıran Fransanın Azərbaycanın ərazi bütövlüyünə qarşı düşmən münasibət bəsləməsinə nə ad vermək olar? İkili standart, qərəz və ermənidən artıq ermənilik! Azərbaycanın ərazi bütövlüyünün əleyhinə çıxan Makron hökuməti vaxtilə işğal etdikləri ərazilərin əsl sahiblərinin müstəqil dövlət qurmaq istəyinə niyə qısqanc yanaşır?

Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini təmin edib. Eyni qisməti Korsika da yaşayacaq. Fransanın bunu həzm edə bilib-bilməməsindən asılı olmayaraq.

Faiq ƏLƏKBƏRLİ,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru:

– Fransa öz irticaçı siyasətini dayandırmaq istəmir, bu səbəbdən də korsikalıların müstəmləkə buxovundan azad olunmasını əngəlləyir. Korsika parlamentində adanın muxtariyyətinə dair qanun layihəsinin qəbul edilməsinin müstəqillik tərəfdarları tərəfindən narazılıqla qarşılanması təbii idi. Çünki korsikalılar müstəqil olmaq istəyirlər, rəsmi Parisdən asılılığa son qoymağa çalışırlar. Amma Makron hökuməti yenə də onların bu istəklərinin, uzun illərdən bəri apardıqları mübarizənin qarşısını öz absurd addımları ilə almağa çalışır. Bütün dünya bilir ki, Korsika adasının əhalisi müstəqil olmaq istəyir və bu, onun haqqıdır.

Bakı Təşəbbüs Qrupunun məlum konfransın təşkilatçısı qismində çıxış etməsi təqdiredici haldır. Bu, Azərbaycanın neokolonializmə qarşı apardığı məqsədyönlü siyasətinin ayrılmaz tərkib hissəsidir.

Bir il bundan əvvəl Fransa hüdudları daxilində Korsikanın muxtariyyətinə dair qərarın qəbul edilməsi korsikalıların müstəqilliyə gedən yolunu bağlamağa xidmət edirdi. Müstəqillik tərəfdarı olan qüvvələr bu layihənin Fransa parlamentinin hər iki palatasında təsdiqlənməsinin baş tutmaması üçün addımlar atdılar. Düzdür, birdən-birə müstəqillik aktını imzalamaq çətindir. Amma buna nail olmaq üçün korsikalılar illərdir mübarizə aparırlar. Fransa hökuməti muxtariyyət oyunu ilə onların müstəqilliyə gedən yolunu birdəfəlik bağlamaq istəyir.

Amma burada bir məqam da var ki, onu nəzərdən qaçırmamalıyıq. İndiyə qədər onlar çox böyük çətinliklə öz dillərini, mədəniyyətlərini, milli kimliklərini qoruyub saxlamağı bacarıblar. Həm də bu səbəbdən Korsikanın yaxın gələcəkdə müstəqil olması qaçılmazdır. Makron hökuməti elə zənn edir ki, muxtariyyət oyunu ilə bu prosesin qarşısını ala biləcək. Qətiyyən belə deyil. Onlar öz mübarizələrini davam etdirəcəklər. Ola bilsin, Korsikanın daxilində kimlərsə muxtariyyət məsələsi ilə razılaşsın, amma müstəqillik tərəfdarları öz mübarizəsini dayandırmayacaqlar. Milli kimliyini və suverenliyini tələb edən korsikalılar üçün uğurlu perspektivi indidən görmək mümkündür.

İ.HƏSƏNQALA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 May 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see479

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see388

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb FOTO

06 İyul 2026 06:31see345

“Tanrım, tanrım, günahlarımın cəzasını çəkirəm!” Artur Konan Doyl

06 İyul 2026 14:32see294

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see260

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see250

Şuşada Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar adlı beynəlxalq konfrans keçirilir

06 İyul 2026 10:04see218

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see206

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see203

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see195

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

06 İyul 2026 17:54see187

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see183

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see178

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see178

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see176

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see175

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see173

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see164

“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

06 İyul 2026 22:05see159

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri