Icma.az
close
up
RU
Dekolonizasiya prosesinin təxirə salınması üçün Fransanın bəhanələri Video

Dekolonizasiya prosesinin təxirə salınması üçün Fransanın bəhanələri Video

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fransa dekolonizyasiya ilə bağlı indiyə qədər imzalanmış üç sazişdən bu prosesi təxirə salmaq və ya manipulyasiya etmək üçün istifadə edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Report”a Bakı Təşəbbüs Qrupundan bildirilib.

Vurğulanır ki, rəsmi Parisin bu addımları neokolonial siyasət kimi qiymətləndirilir.

Qeyd edək ki, Yeni Kaledoniya Sakit okeanın cənubunda yerləşir. Əhalinin təxminən 40%-ni təşkil edən yerli kanaklar öz müqəddəratını təyin etmək uğrunda mübarizə aparır.

BTQ-dən xatırladıblar ki, Fransanın Yeni Kaledoniyaya qarşı apardığı kolonial siyasət Matinyon (1988), Numea (1998) və Bujival (2025) sazişlərində öz təzahürünü tapıb:

“Məqsəd sonradan məskunlaşan fransızların maraqlarını qorumaq, müstəmləkəçiliyə nəzarəti davam etdirmək və kanak xalqının haqqı olan müstəqillik arzularını yox etmək olub”.

Fransanın kolonial siyasətinə qarşı uzun illər davam edən kanak müqavimətindən sonra 1988-ci ildə Matinyon sazişi imzalanıb. Matinyon sazişi dekolonizasiyaya deyil, kolonial nəzarəti möhkəmləndirməyə xidmət etmiş oldu.

Saziş 10 il sonra referendumunun keçirilməsini vəd edirdi. Lakin Fransa bu müddəti sonradan məskunlaşan fransızların gücünü möhkəmləndirmək üçün istifadə etdi. Metropoliyadan (materik Fransa) köçü təşviq etməklə və xüsusilə nikel sənayesi üzərində iqtisadi nəzarəti artırmaqla kanak xalqının sayını tədricən azalmasına ciddi təsir göstərdi. Vəd edilən referendum isə heç vaxt keçirilmədi və onun əvəzinə Numea sazişi imzalandı.

Saziş 1998-ci ildə imzalanıb. O, 2018–2022-ci illər arasında üç müstəqillik referendumu nəzərdə tutaraq Yeni Kaledoniyanın dekolonizasiya olunması üçün yeni fürsət kimi təqdim olunurdu. Lakin Fransa bu proseslərə öz maraqları naminə təsir göstərdi. Seçki şərtləri, xüsusilə seçici siyahılarının genişləndirilməsi, sonradan məskunlaşan fransızlara səs vermə hüququ verməklə kanakların təsirini zəiflətdi.

Ən böyük etirazlar 2021-ci ildə COVID-19-un kanak icmasına dağıdıcı təsiri ilə başladı. Belə ki, referendumu təxirə salmaq çağırışlarına baxmayaraq Fransa səsverməni keçirdi. Kanakların kütləvi boykotu ilə nəticələnən referendumun nəticəsi Fransanın tərkibində qalmağı seçdi.

Lakin bu nəticə yerli kanak xalqı tərəfindən qeyri-legitim hesab olundu. Beləliklə, dekolonizasiya adı altında təqdim olunan Numea sazişi əslində demokratik prosesi manipulyasiya etmək və kolonial status-kvonu saxlamaq üçün alətə çevrildi.

2025-ci il iyulun 12-də Bujival sazişi imzalandı. BTQ-də hesab edirlər ki, bu əslində dekolonizasiya istiqamətində atılan addım yox, neokolonial siyasətdir.

Bujival sazişi Fransanın müstəmləkəçi strategiyasının növbəti mərhələsini təşkil edir. Fransa dekolonizasiya prosesini başlatmaq əvəzinə, uydurulmuş Yeni Kaledoniya dövləti modelini irəli sürüb.

Beləliklə seçici sayını daha da genişləndirərək kanakların seçki gücünü azaldır. Bu layihə Yeni Kaledoniyanı Fransanın tərkibində saxlamaq və kanakları öz vətənlərində sayca azlıq təşkil etmək cəhdi kimi dəyərləndirilir. Yeni Kaledoniyanın ən böyük müstəqillik tərəfdarı koalisiyası olan FLNKS-in hökuməti dialoqa çağırmasına baxmayaraq, Fransa dəvətə məhəl qoymur.

BTQ-də qeyd edib ki, üç sazişi müqayisə edərkən aydın bir sxem görünür.

Hər üç saziş Fransa tərəfindən dekolonizasiyanı təxirə salmaq və ya manipulyasiya etmək üçün istifadə olunub. Fransa BMT tərəfindən tanınmış dekolonizasiya hüququnu görməzdən gəlir. FLNKS ilə danışıqlardan yayınır. Bu isə neokolonial siyasət kimi qiymətləndirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 03 Sentyabr 2025 21:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri