Icma.az
close
up
RU
Matinyon, Numea və Bujival sazişləri: Yeni Kaledoniyada dekolonizasiya prosesinin təxirə salınması

Matinyon, Numea və Bujival sazişləri: Yeni Kaledoniyada dekolonizasiya prosesinin təxirə salınması

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 3 sentyabr, AZƏRTAC

Fransanın Yeni Kaledoniyaya qarşı apardığı kolonial siyasət Matinyon (1988), Numea (1998) və Bujival (2025) sazişlərində öz əksini tapıb.

Məqsəd sonradan məskunlaşan fransızların maraqlarını qorumaq, müstəmləkəçiliyə nəzarəti davam etdirmək və kanak xalqının haqqı olan müstəqillik arzularını yox etmək olub.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Bakı Təşəbbüs Qrupunun (BTQ) yaydığı bəyanatda yer alıb.

Bəyanatda, həmçinin bildirilir ki, Yeni Kaledoniya Sakit okeanın cənubunda yerləşir. Əhalinin təxminən 40 faizini təşkil edən yerli kanaklar öz müqəddəratını təyin etmək uğrunda mübarizə aparırlar. 2025-ci il iyulun 12-də imzalanan Bujival Sazişi dekolonizasiya istiqamətində atılan addım yox, neokolonial siyasətdir. Yeni Kaledoniya hökumətində siyasi təmsilçilik və iqtisadi bərabərsizlik, xüsusilə də Yeni Kaledoniya iqtisadiyyatının dayağı olan nikel sənayesi ətrafında gərginliklər artarkən Fransa bu prosesləri, Kanakinin dekolonizasiya prosesini ertələyir. Bu isə BMT-nin 1514 saylı qətnaməsində əks olunan dekolonizasiya prinsiplərinə ziddir.

Matinyon Sazişi (1988): yerinə yetirilməmiş vəd

1988-ci ildə Fransanın kolonial siyasətinə qarşı kanakların uzun illər davam edən müqavimətindən sonra Matinyon Sazişi imzalanır. Saziş 10 il sonra referendumun keçirilməsini vəd edirdi. Lakin Fransa bu müddəti sonradan məskunlaşan fransızların gücünü möhkəmləndirmək üçün istifadə etdi. Metropoliyadan (materik Fransa) köçün təşviq edilməsi və xüsusilə nikel sənayesi üzərində iqtisadi nəzarətin artırılması kanak xalqının sayını tədricən azalmasına ciddi təsir göstərdi. Vəd edilən referendum isə heç vaxt keçirilmədi və onun əvəzinə Numea Sazişi imzalandı. Bu manevr Fransanın əsl niyyətini üzə çıxardı. Matinyon Sazişi dekolonizasiyaya deyil, kolonial nəzarəti möhkəmləndirməyə xidmət etmiş oldu.

Numea Sazişi (1998): saxtalaşdırılmış seçkilər

1998-ci ildə imzalanmış Numea Sazişi 2018–2022-ci illər arasında üç müstəqillik referendumunu nəzərdə tutaraq Yeni Kaledoniyanın dekolonizasiya olunması üçün yeni fürsət kimi təqdim edilirdi. Lakin Fransa bu proseslərə öz maraqları naminə təsir göstərdi. Seçki şərtləri, xüsusilə seçici siyahılarının genişləndirilməsi, sonradan məskunlaşan fransızlara səsvermə hüququnun verilməsi kanakların təsirini zəiflətdi. Ən böyük etirazlar 2021-ci ildə COVID-19-un kanak icmasına dağıdıcı təsiri ilə başladı. Belə ki, referendumu təxirə salmaq çağırışlarına baxmayaraq, Fransa səsverməni keçirdi. Kanakların kütləvi boykotu ilə nəticələnən referendumun nəticəsi Fransanın tərkibində qalmaq istiqamətində oldu. Lakin bu nəticə yerli kanak xalqı tərəfindən qeyri-legitim hesab edildi. Beləliklə, “dekolonizasiya” adı altında təqdim olunan Numea Sazişi, əslində, demokratik prosesi manipulyasiya etmək və kolonial status-kvonu saxlamaq üçün alətə çevrildi.

Bujival Sazişi: müstəqilliyə yeni maneə

Bujival sazişi Fransanın müstəmləkəçi strategiyasının növbəti mərhələsini təşkil edir. Fransa dekolonizasiya prosesini başlatmaq əvəzinə, uydurulmuş Yeni Kaledoniya dövləti modelini irəli sürür. Beləliklə, seçici korpusunu daha da genişləndirərək kanakların seçki gücünü azaldır. Bu layihə Yeni Kaledoniyanı Fransanın tərkibində saxlamaq və kanakları öz vətənlərində sayca azlıq təşkil etmək cəhdi kimi dəyərləndirilir. Yeni Kaledoniyanın ən böyük müstəqillik tərəfdarı koalisiyası olan FLNKS-in hökuməti dialoqa çağırmasına baxmayaraq, Fransa dəvətə məhəl qoymur.

Üç sazişi müqayisə edərkən aydın bir sxem ortaya çıxır. Hər üç saziş Fransa tərəfindən dekolonizasiyanı təxirə salmaq və ya manipulyasiya etmək üçün istifadə olunub. Matinyon Sazişi keçirilməmiş referendum vədi ilə mövcud kolonial siyasəti gücləndirdi. Numea Sazişi referendum çərçivəsi təqdim etsə də, seçki manipulyasiyası və Fransanın müdaxiləsi ilə zəiflədi. Nəticədə 2021-ci ilin boykot olunan referendumuna gətirib çıxardı. Nəhayət, Bujival Sazişi kanakların siyasi gücünü sarsıdan və Fransanın nəzarətini institusional şəkildə möhkəmləndirən bir model təklif edir. Nəticə eyni olaraq qalır. Fransa BMT tərəfindən tanınmış dekolonizasiya hüququnu görməzdən gəlir, FLNKS ilə danışıqlardan yayınır. Bu isə neokolonial siyasət kimi qiymətləndirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Sentyabr 2025 21:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri