Icma.az
close
up
RU
Dekotininin “praqa” sazişi açıqlamasının gizlinləri: Fransalı səfirin Paşinyanla bağlı əsl məqsədi nə idi? KONKRET

Dekotininin “praqa” sazişi açıqlamasının gizlinləri: Fransalı səfirin Paşinyanla bağlı əsl məqsədi nə idi? KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fransanın Ermənistandakı səfiri Olivye Dekotininin Qarabağın statusu ilə bağlı son bəyanatı düşmən ölkədə birmənalı qarşılanmayıb. Diplomat bildirib ki, 2022-ci ildə Praqada Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması ilə bağlı iddialar yalandır, Çünki Qarabağ 1991-ci il Alma-Ata bəyannaməsindən sonra Ermənistan tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Fransalı diplomatın bu fikirləri Ermənistanda geniş əks-səda yaradıb və ekspertlər bunu Fransanın dolayısı ilə Paşinyaına dəstək kimi qiymətləndirib. Onlar hesab edirlər ki, səfirin mövqeyi birbaşa Fransanın mövqeyidir və rəsmi Paris Paşinyanı bu cür müdafiə edir. Əslində nə baş verir?

KONKRET.az-a açıqlamasında siyasi şərhçi Natiq Miri bildirib ki, doğurudur, Alma-Atada belə bir bəyannamə qəbul olunub. Ancaq eyni zamanda Azərbaycan BMT-yə qəbul olanda da Qarabağ Azərbaycanın tərkibində rəsmi şəkildə göstərilib:

“Dünya dövlətləri də Qarabağı Azərbaycanın daxilində tanıyıb. Ancaq buna rəğmən, ATƏT-in Minsk qrupu, yəni qlobal güc mərkəzləri ABŞ, Fransa və Rusiya 20 il müddətində çalışıblar ki, Qarabağı mübahisəli ərazi kimi təqdim etsinlər. Onlar Qarabağa müstəqillik qazandırmaq istəyirdilər. Buna isə nail ola bilmədilər. Çünki Azərbaycan bunu qəbul etmədi. Azərbaycan BMT-nin 4 qətnaməsni və BMT nizamnaməsinə uyğun olaraq özünün müdafiə haqqından istifadə edib ərazi bütövlüyünü bərpa etdi. Qarabağı Ermənistan qoşunlarından və terrorçu ünsrülərdən təmizlədi. Bu faktın hüquqi cəhətdən təsbitinə ehtiyac var idi. Ona görə Praqada belə ir sənəd qəbul edildi. Dövlətlər qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanıdı. Eyni zamanda, belə bir bəyannamənin qəbul edilməsi Paşinyan üçün geriyə dönməz proses yaratdı. Yəni, Qarabağ Azərbaycanın tərkib hissəsi kimi növbəti dəfə tanındı. Bunu ola bilsin ki, Fransa o qədər də xoş qarşılamadı. Paşinyanın müdafiə olunub-olunmamasına gəlincə, Dekotenin açıqlaması Ermənistan baş nazirinin mövqelərini gücləndirən amildir. Əgər Qarabağ onun iddia etdiyi kimi, 1991-ci il Alma-Ata bəyannaməsində Azərbaycanın tərkib hissəsi kimi tanınıbsa, onda bu, Nikol Paşinyanın ittiham edilməsinin yersiz olmasını ortaya qoymaq istəyidir. Dekote demək istəyir ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan Nikol Paşinyan deyil, ondan öncəki hakimiyyətdir. Ancaq burada bir məqamda var. Söhbət ondan gedir ki, Alma-Ata bəyannaməsini Ermənistan rəhbərliyi konkret şərtlərlə imzalayıb. Bu bəyannaməyə əlavə olaraq müəyyən sənədlər də var. Həmin əlavə sənədlərin ləğv olunması da Paşinyan dönəmində baş verdi. Əlavədə Qarabağ Azərbaycanın tərkib hissəsi kimi göstərilmirdi. Əksinə, Qarabağın Ermənistana məxsusluğu ilə bağlı əlavə sənədlər işlənib hazırlanmışdı. Nədənsə. Dekote bunu unudur. Ona görə də, Praqa bəyannaməsi bütün fikirlərin hamısının üstündən xətt çəkdi və Ermənistanın birmənalı olaraq Qarabağ da daxil, Azərbaycanın ərazi bütövlüyünü tanımasına hüquqi zəmin yaratdı”.

Vəli Həsənoğlu,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Fevral 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2092

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see353

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see245

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see210

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see189

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see188

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see164

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see143

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see140

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see134

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see134

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri