Icma.az
close
up
RU
Araqçının “Bakı ilə məsləhətləşirik” açıqlamasının PƏRDƏARXASI: Tehranın əsl məqsədi nədir? KONKRET

Araqçının “Bakı ilə məsləhətləşirik” açıqlamasının PƏRDƏARXASI: Tehranın əsl məqsədi nədir? KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İranın xarici işlər naziri Abbas Araqçı deyib ki,Tehran Cənubi Qafqaz siyasətini Azərbaycan və digər region ölkələri ilə məsləhətləşmə əsasında aparır. Onun bu açıqlaması birmənalı qarşılanmayıb və müzakirələrə yol açıb. Bəs görəsən, bu fikirlər nə dərəcədə realdır? İran tərəfinin belə bir açıqlaması və xüsusən, Azərbaycanın adını hallandırması nə ilə bağlıdır?

Mövzunu KONKRET.az-a politoloq Turan Rzayev şərh edib:

“Məlum olduğu kimi, İranla Azərbaycan arasında münasibətlər gərgin idi. Ancaq rəsmi Tehran dəyişən geosiyasi vəziyyət, xüsusilə də İsrail və ABŞ-ın İrana qarşı təzliqləri fonunda rəsmi Bakı və digər qonşularla münasibətləri normallaşdırmaq istəyir. İran gərginliyi aradan qaldırmaq üçün ardıcıl diplomatik fəaliyyət göstərməyə çalışır. Məsələn, Pakistanla birgə separatçılara qarşı ortaq antiterror əməliyyatları keçirməyə başlayıb.

Türkmənistanla qaz sazişləri həyata keçirib. Bununla bir növ tənzimləmə siyasətini aparmaq istəyir. Azərbaycanla da münasibətləri normallaşdırmaq üçün ardıcıl diplomatik təmasətlər quruldu. Məsələn, sonuncu dəfə prezident Pezeşkianın səfərini qeyd edə bilərik. Əksəriyyəti biznesmənlər, investorlar və dövlət xadimləri olan böyük nümayəndə heyətinin Bakıya səfəri münasibətlərin yumşadılması üçün atılan addımlardan biridir. Yəni, İran son zamanlar aktiv şəkildə  Azərbaycanla münasibətləri normallaşdırmağa çalışır. Bunun ən önəmli səbəbi İsrail ilə yaşanan gərginlikdir. Belə ki, İsrail hazırda İranla savaş astanasındadır və hər an bu alov şiddətlənə bilər. Belə olan təqdirdə İran ən azından qonşularından təhdid gəlməməsi üçün problemləri aradan qaldırmağa çalışır.Ancaq Tehran unudur ki, rəsmi Bakı bugünə qədər İrana qarşı hansısa bir təhdidə yol verməyib. Eyni zamanda İrana qarşı sanksiyalara qoşulmayıb. İrana qarşı hansısa hərbə əməliyyat vəziyyətində öz sərhədlərini və ya hava məkanını açmayacağını vurğulayıb. Ancaq İran hər zaman Azərbaycana qarşı sərt ritorikaya üstünlük verib”.

Politoloq bildirib ki, rəsmi Bakı regionda nüfuz sahibidir və müstəqil xarici siyasət yürüdür:

“Azərbaycan uğurlu balans siyasəti aparır və bunun təməlində dostları, qonşuları, hətta İran və Rusiya ilə normal münasibətlər dayanır. Hesab edirəm ki, Araqçının bu açıqlaması çox ustalıqla verilən diplomatik mesajdır və Azərbaycanın da adının hallanması əbəs deyil. İran demək istəyir ki, Azərbaycanla münasibətləri həll ediblər və hər şey yaxşıdır. Ancaq rəsmi Bakı artıq başa düşür ki, İrandan hər zaman problem yarana bilər. Ona görə də mövqeyində balansı qoruyur.Əgər İran münasibətlərdə normal olacaqsa və qaydalara riayət edəcəksə, o zaman rəsmi Bakı da adekvat mövqe sərgiləyəcək. Əks halda isə hər şey fərqli olacaq”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://konkret.az
archiveBu xəbər 22 Aprel 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see272

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see260

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see255

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see241

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see232

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see220

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see216

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see192

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see188

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see181

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see180

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see166

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see161

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see156

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see146

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see144

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see138

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see136

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri