Icma.az
close
up
RU
Vəkillər Kollegiyasının sədri “Azərbaycan Arbitraj Günləri 2025” beynəlxalq konfransında çıxış edib

Vəkillər Kollegiyasının sədri “Azərbaycan Arbitraj Günləri 2025” beynəlxalq konfransında çıxış edib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 25 oktyabr, AZƏRTAC

Oktyabrın 25-də Azərbaycan Arbitraj Assosiasiyası və Bakı Arbitraj Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Arbitraj Günləri 2025” çərçivəsində beynəlxalq konfransın ikinci günü keçirilib. Konfrans beynəlxalq arbitraj sahəsində mühüm yeniliklərin müzakirəsinə həsr edilib.

Vəkillər Kollegiyasının sədri Anar Bağırovun birinci və ikinci gün iştirak etdiyi tədbirlərə 600-dən çox iştirakçı, o cümlədən 70-dən artıq aparıcı mütəxəssis, hüquqşünas və dövlət rəsmiləri qatılıb. Eyni zamanda, mərasimdə Vəkillər Kollegiyasının çoxsaylı üzvləri, habelə Kollegiyanın Biznes Hüququ Komitəsinin sədri Nazlı Əhmədova və Komitə üzvləri fəal iştirak ediblər.

Bu barədə AZƏRTAC-a Vəkillər Kollegiyasından məlumat verilib.

Bildirilib ki, beynəlxalq konfransın ilk günündə Azərbaycan Arbitraj Assosiasiyasının və Bakı Arbitraj Mərkəzinin sədri Kəmalə Mehdiyeva, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, ədliyyə naziri Fərid Əhmədov və Avropa İttifaqı Şurasının keçmiş prezidenti Şarl Mişel çıxış ediblər.

Konfransın ikinci günündə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib ki, müasir iqtisadiyyatın və qlobal ticarətin inkişafı məhkəmə sisteminin çevikliyindən və mübahisələrin alternativ həlli mexanizmlərinin səmərəliliyindən birbaşa asılıdır.

Sədr mübahisələrin həlli üçün alternativ yollar arasında məhz arbitrajın xüsusi rola və paya malik olduğunu, onun investorlara yaranacaq mübahisələrini öz seçimlərinə əsasən, istədikləri ölkədə, istədikləri qaydalara uyğun olaraq birdəfəlik həll etmək imkanı verdiyini söyləyib.

Arbitrajla bağlı mütərəqqi hüquqi çərçivənin yaradılması və inkişafına toxunan Anar Bağırov qeyd edib ki, arbitraj institutunun inkişaf etdirmək istəyən hər bir dövlət əvvəlcə daxili qanunvericiliyini, xüsusilə arbitraj və investisiya qanunvericiliyini formalaşdırır, əlavə olaraq da konvensiyalar və digər beynəlxalq alətlər vasitəsilə onun tanınmasını təmin edir.

Sədr son illərdə arbitraj sahəsi ilə bağlı Vəkillər Kollegiyası tərəfindən bir sıra mühüm işlər görüldüyünü, Kollegiyanın nəzdində biznes sahəsində ixtisaslaşan vəkilləri özündə birləşdirən Biznes Hüququ Komitəsi təsis edildiyini dilə gətirib.

Anar Bağırov nəzərə çatdırıb ki, Vəkillər Kollegiyasının təşkilatçılığı ilə arbitraj və alternativ mübahisə həlli üzrə bir sıra təlimlər, seminarlar və beynəlxalq əməkdaşlıq layihələri həyata keçirilir. Kollegiya Azərbaycan vəkillərinin regional və beynəlxalq arbitraj mübahisələrinin həllində peşəkar tərəfdaş kimi tanınması, ölkəmizin biznes mühitinin daha da inkişafı üçün başda Bakı Arbitraj Mərkəzi olmaqla yerli və beynəlxalq arbitraj mərkəzləri ilə əməkdaşlığı genişləndirməyə, vəkillərin beynəlxalq arbitraj proseslərində təmsilçilik imkanlarını artırmağa xüsusi əhəmiyyət verir.

Tədbir daha sonra konkret mövzular üzrə panel müzakirələrlə davam etdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Oktyabr 2025 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see243

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see162

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri