Deku Yamal üçün hansı klubun Barsa ya müraciət etdiyini dedi
Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Barselona"nın idman direktoru Deku komandanın 17 yaşlı vingeri Lamin Yamal üçün hansı Avropa nəhənginin Kataloniya təmsilçisinə müraciət etdiyini açıqlayıb.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, klub rəsmisi "Real Madrid"in belə fikrə düşmədiyini bəyan edib:
"Yamalı ötən mövsüm istəyənlər olmuşdu. Biz onun heyətdə qalmasında maraqlıyıq. Təklifləri nəzərdən keçirmək fikrində deyilik.
"Real" istəmişdimi? "Real" yox, PSJ sorğu göndərmişdi".
Qeyd edək ki, Yamalın "Barselona" ilə indiki müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Nihat

Deku braziliyalı hücumçunun Barsa ya transferini niyə səhv addım saydığını açıqladı
10 İyun 2025 16:15
Yamal üçün yubiley
18 Fevral 2025 16:55
Yamal nə etdiyini yaxşı bilir
25 İyun 2025 19:43
Yamal üçün yenilik gözlənilir
10 Aprel 2025 23:23
Yamal üçün fantastik təklif
12 Aprel 2025 12:21

