Dele Alli İtaliya klubu ilə anlaşdı İdmanXəbər
Icma.az bildirir, Idmanxeber.az portalına istinadən.
Dekabrdan “Komo”nun heyətində məşq edən yarımmüdafiəçi Dele Alli İtaliya komandası ilə anlaşıb.
İdmanxeber.az-ın məlumatına görə, müqavilə 2026-cı ilin yayına qədər nəzərdə tutulub və daha 12 ay uzadıla bilər. Dele Alli ötən yay “Everton”dan ayrıldıqdan sonra komandasız qalıb.
28 yaşlı futbolçu həmçinin “Tottenhem”, “MK Dons”, “Beşiktaş” və İngiltərə millisində də oynayıb.
“Komo” A Seriyasında çıxış edir və 20 turdan sonra turnir cədvəlində 17-ci yerdədir. Komandanın baş məşqçisi Sesk Fabreqasdır.
Baxış sayı:63
Bu xəbər 20 Yanvar 2025 13:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















