Icma.az
close
up
RU
Dələduzlara qol qanad verən sadəlövhlər və ya “maşınsız dayana bilmirəm”

Dələduzlara qol qanad verən sadəlövhlər və ya “maşınsız dayana bilmirəm”

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Elə bir həftə yoxdur ki, maşın almaq istəyənlərin aldadılması barədə xəbərlər mediada yer almasın. Polis hər həftə dələduzluqla bağlı maarifləndirici videolar yayır, tövsiyə verir, amma ciddi irəliləyiş yoxdur. Bəs səbəb nədir? 

İqtisadiyyatın dəyişməyən bir qanunu var: tələb və təklif. Çox zaman tələb təklifi doğurur. 

Bu gün nağdsız ödəmələr kifayət qədər populyarlaşıb. Kartdan karta köçürmələr sayəsində hansısa transfer əməliyyatı 1 dəqiqədən də az çəkir. Bu da dələduzların işinə yarayır. Lakin bankları birbaşa təqsirləndirmək olmaz. Bir neçə yüz manatlıq transaksiyaların şübhəli hesab edilərək bloklanması kütləvi narazılıq və etimadsızlıq mühiti formalaşdıra bilər. 

Ətrafımızdakı avtomobil almaq istəyənlərin tiplərini nəzərdən keçirdikdə belə qənaət hasil olur ki, fırıldaqçılar üçün özümüz münbit şərait yaradırıq. 
Avtomobil “satışı” ilə məşğul olanların iş mexanizmi çox sadədir: hansısa avtomobil elan saytına yerləşdirilir. Təcrübəsiz müştəri zəng etdikdə onu inandırırlar ki, “əldən çıxacaq maşın deyil, beh göndər”. “Maşınsız dayana bilmirəm, maşınsız alınmır, yaxud ən geci bu həftə maşın almalıyam” təfəkkürlü müştəri dərhal behi yollayır. Bundan sonra “satıcı” qeybə çəkilir.

Aldandığını anlayan vətəndaşın son ümid yeri isə polis idarəsi olur.

Bəs çıxış yolu varmı? Əlbəttə, var. Cümləpərdazlığı sevməsəm də, rastlaşdığım əhvalatı danışım.
“Maşınsız dayana bilmirəm” təfəkkürü ilə yaşayan iş yoldaşlarımdan biri bir müddət əvvəl saytların birində bəyəndiyi “Camry” modelinə görə 500 manat beh göndərmək istəyir. Nağd vəsaiti olmadığı üçün mənə müraciət etdikdə fikrindən danındırmaq istədim. Lakin iş yoldaşım israr etdi ki, “maşınsız düz gəlmir, bu həftə məsələni həll etməliyəm”. 

İş belə olduqda mən pulu notarius vasitəsi ilə ödəməyi təklif etdim. “Satıcı”ya zəng edib onu 5 saylı notariat ofisinə (XİN-in qarşısı) dəvət etdikdə cavab belə oldu: “orda maşın saxlamağa yer yoxdur, kamera çəkir. 10 dəqiqəyə sizə cavab verərəm”. 

Bu müddətə cavab gəlmədiyi üçün həmin şəxsə zəng etdikdə məlum oldu ki, maşın “satılıb”. Bu qədər təsadüf ola bilərmi?

Bundan sonra iş yoldaşım böyük bir fırıldaqdan qurtulduğunu başa düşərək bir neçə həftəni “maşınsız yola verdi”. 

“Maşınsız dayana bilmirəm” ifadəsi demək olar hər gün qulaqlarımızı yara edir. Bu ifadə yeganə qazanc yeri avtomobil olan şəxsin dilindən çıxarsa həqiqətdir. Lakin iş yoldaşımın timsalında evi ilə məsafə cəmi 2 avtobus dayanacağı olan şəxsin gündəlik avtomobildən istifadəsinə ümumiyyətlə ehtiyac yoxdur (təəssüf ki, bunu dedikdə yanlış anlaşılır). Tıxacı və parklama yerlərinin qıtlığını nəzərə alsaq, bu yolu piyada getmək daha tez və asan başa gəlir. Lakin, təfəkkürü dəyişmək, Eynşteyn demişkən atomu parçalamaqdan daha çətindir. 

Avtomobilə beh verilməsi məsələsinə gəlincə: Biz artıq SSRİ-də yaşamırıq. Bazarda qıtlıq yoxdur, hər büdcəyə uyğun avtomobil tapmaq mümkündür. Kimsə bu həftə avtomobil tapa bilməyibsə, növbəti həftə tapacaq. “Əldən çıxarılmayacaq avtomobil” söhbəti əfsanədir. Avtomobillərin satış müddətinin uzandığını nəzərə alsaq, ümumiyyətlə beh vermək lazım deyil. Xüsusi zərurət hallarında isə, beh notariusun iştirakı ilə verilməlidir. 

Təcrübə göstərir ki, ASAN Xidmət və ya notarius adı gəldikdə çox vaxt ya beh verən, ya da alan sövdələşməni dayandırır. Düzgün adam nə üçün notariusdan çəkinsin?  

Ən əsası, vətəndaş sayıqlığını itirdikdə, atdığı addımın nəticəsi barədə düşünmədikdə onu heç bir dövlət qurumu qoruya bilməyəcək. Əli əleyhissalamın bir gözəl sözü var: “zaman keçsə də, nəticə geciksə də, səbr edən sonunda mütləq qələbə çalır”. Buna görə də, avtomobil alarkən yaxşı götür-qoy etmək mütləqdir. Bir neçə həftə piyada gəzən adamın itirəcəyi yeganə şey artıq çəki olur.  

PS. Peşə fəaliyyətimlə əlaqədar olaraq avtomobil istehsalında liderlik edən ölkələrin (Almaniya, İtaliya, Fransa, Britaniya, ABŞ, Yaponiya və s) vətəndaşları ilə çox ünsiyyətdə olmuşam. Lakin onlardan heç birinin sahib olduğu avtomobili tərifləməsini görməmişəm. Avropanın aparıcı təşkilatlarında çalışan şəxslərin gündəlik fəaliyyətdə avtomobildən minimum az istifadə etməsinin isə dəfələrlə şahidi olmuşam.

Vüqar Yaşaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 24 Mart 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see145

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see143

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see132

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see132

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri