Icma.az
close
up
RU
Polşaya getmək istəyən gənc dələduzluqla üzləşdi TƏFƏRRÜAT

Polşaya getmək istəyən gənc dələduzluqla üzləşdi TƏFƏRRÜAT

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Bakının Suraxanı rayonunda 1985-ci il təvəllüdlü Elşən Şahsuvar Sadıqova qarşı dələduzluq edib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Elşən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə, əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi və tamah niyyəti ilə Şahsuvara Polşa Respublikasına viza alıb göndərəcəyinə dair yalan vəd verib. Bu məqsədlə o, Şahsuvardan 15 aprel 2021-ci ildə Bakı Qaraçuxur qəsəbəsində 10.000 manatını alıb.
Hadisəni törədən Elşənin barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elşən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Şahsuvarı uzun illərdir tanıyır: “Biz eyni binada yaşayırıq. Mən tez-tez işlə bağlı Avropa ölkəsi olan İsveçrə Respublikasına gedib gəlmişəm. 2021-ci ilin aprel ayında Şahsuvar ilə yaşadığımız məhəllədə görüşdük. Şahsuvar Polşa Respublikasına getmək istədiyini dedi. Məndən viza ilə bağlı məsləhət istədi. O, Polşadan avtomobil gətirmək istəyib. Bunun qarşılığında mən Şahsuvara viza ilə bağlı köməklik edə biləcəyimi bildirdim və 10.000 manat pul vəsaitinin lazım olduğunu dedim. Şahsuvar da mənə həmin məbləği verdi. Lakin verdiyim vədə əməl etmədim”.
Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu deyib. Qeyd edib ki, zərərçəkmiş şəxsə vurduğu zərəri tamamilə ödəyib və onunla barışıb: “Zərərçəkmiş şəxsin mənə qarşı heç bir şikayəti və tələbi yoxdur. Həmçinin dövlət büdcəsinə 2500 manat miqdarında ödəniş etmişəm”. 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Şahsuvarın sözlərinə görə, işsiz olduğu üçün işləmək məqsədi ilə Avropaya getmək qərarına gəlib: “Mən fərdi şəkildə avtomobil alqı-satqısı ilə məşğul olmuşam. Elşən ilə görüşüb söhbət edərkən ona Polşaya gedərək orada bir müddət yaşamaqla oradan avtomobil gətirə biləcəyimi təklif etdim. Elşən özü Avropa ölkəsi olan İsveçrədən yeni qayıtmışdı. Mənə Polşaya viza düzəldə biləcəyini dedi. Mən isə Elşəndən Polşaya gedib oradan avtomobil gətirərsə xeyir əldə edib-etməyəcəyimi soruşdum. Elşən isə Polşada yaşasam, oradan avtomobilləri Azərbaycana rahat göndərə biləcəyimi dedi. Mən də Elşənin təklifini ağılabatan hesab etdim və Elşəndən Polşaya gedə bilməyim üçün nə qədər vəsait, hansı sənədlər lazım olduğunu soruşdum. Elşən mənə subay olmağım, ailə tərkibim haqqında arayışlar və digər sənədlərin, o cümlədən viza alınması üçün 10.000 manat lazım olduğunu dedi. Həmçinin bildirdi ki, 10.000 manat pulu və sənədləri hazırlasam, Azərbaycandan Türkiyəyə gedəcək, orada tanışlarının mənim viza məsələlərimi həll edərək məni Polşaya yola salacaqlarını dedi. Mən də sənədləri hazırlayaraq aprelin 15-də yaşadığım evin həyətində Elşənlə görüşdüm. Sənədlərimi və 10.000 manat pulu ona verdim. Mən pulu verdikdən sonra ona Türkiyəyə getmək üçün bilet almağımı dedi. Mən də Türkiyə Respublikasına getmək üçün öz şəxsi vəsaiti hesabıma bilet aldım”. 
Zərərçəkmiş qeyd edib ki, aprelin 16-da Azərbaycan Respublikası Beylənxalq Aeroportundan Türkiyə Respublikasının İstanbul şəhərinə uçub: “Elşən hava limanında Samir və Sənan adlı şəxslərin məni qarşılayacaqlarını dedi. Hava limanına çatdıqda Samir adlı şəxs məni qarşıladı. Samir məni İstanbulda yaşadığı Şirinevlər adlanan məhəlləyə apardı. Orada Sənan və Samir adlı şəxslər mənə Türkiyədə yaşamaq üçün 1 illik icazə alacaqlarını dedilər. İzah etdilər ki, Türkiyə Respublikasında yaşayış vizası almasam, mənə Polşa üçün viza verməzlər. Mən də razılaşdım və Türkiyə Respublikasında yaşamaq üçün 1 illik icazə aldım. Təxminən 3 ay müddətində İstanbul şəhərində yaşadım. Orada qaldığım müddət ərzində 14.000 manat xərcim çıxdı. İşləmədiyim üçün xərclərimi ailəm qarşılaşdı. Mən 3 ay orada qaldıqdan sonra Samir və Sənandan Polşaya getmək üçün vizanın nə vaxt hazır olacağını soruşdum. Mənə hər dəfə Ankaraya gedib orada sənədləri hazırladacaqlarını dedilər. Lakin sənədlərimi hazırlamadıqlarını gördükdə Elşənlə bir neçə dəfə telefon əlaqəsi saxladım. Elşən də hər dəfə gözləməyimi, sənədlərin hazırlanacağını dedi. Lakin Elşənin məni aldatdığına əmin olduqdan sonra Bakıya, yaşadığım evə qayıtdım. Elşənlə görüşüb işini həll etmədiyini dedim və pulumu Elşəndən tələb etdim. Lakin Elşən müxtəlif bəhanələr gətirərək pulumu qaytarmadı”.
Bu cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, onunla barışmasını nəzərə alıb. 
Bu səbəbdən Elşənin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Yanvar 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri