Delimitasiya üzrə komissiya üzvləri yaxın zamanlarda görüşəcəklər
Anews portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Görüş yaxın vaxtlarda baş tutacaq, dəqiq tarix hələ razılaşdırılmayıb", - ofisdən bildirilib.
Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, yanvarda Bakı və İrəvan arasında sərhəd danışıqlarının növbəti raundu keçiriləcək.
2024-cü ilin sentyabrında Ermənistan hökuməti Azərbaycanla sərhədlərin delimitasiyası komissiyalarının birgə fəaliyyəti haqqında müddəaların ratifikasiya layihəsini dərc edib. Qanun layihəsinə əsasən, Ermənistan və Azərbaycan komissiyaları delimitasiya zamanı bütün xəritələrdən, o cümlədən hüquqi əsası olan sənədlərdən istifadə edəcək. Əsasnamə erməni, azərbaycan və rus dillərində tərtib olunub və Azərbaycan tərəfindən də ratifikasiya edilməlidir.
Aprelin 19-da Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.
Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.
Aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində ilk sərhəd dirəyi quraşdırılıb.
Gülnar
www.anews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 08 Yanvar 2025 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















