Icma.az
close
up
RU
Dəmir Yolları və Dəniz Limanının Birləşdirilməsi iqtisadiyyata necə təsir edəcək? AÇIQLAMA

Dəmir Yolları və Dəniz Limanının Birləşdirilməsi iqtisadiyyata necə təsir edəcək? AÇIQLAMA

Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkil olunması barədə fərman imzalayıb. Bu fərmanla, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Dəmir Yolları ilə birləşdiriləcək.

Maraqlıdır, bu dəyişiklik ölkə iqtisadiyyatına və nəqliyyat sisteminə necə təsir edəcək?  

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli logistik mərkəzə çevrilmək yolunda Azərbaycanın atdığı addımları diqqətə çatdırıb. Ekspert bildirib ki, dövlət tərəfindən böyük investisiya layihələri həyata keçirilib və ölkənin logistik mərkəzə çevrilməsi üçün mühüm işlər görülüb.

“Bir mərkəzdən idarə olunan logistik xətlər və yükdaşımaların eyni məntiqlə fəaliyyət göstərməsi bu işin effektivliyini artıracaq və Azərbaycanın beynəlxalq ticarət əlaqələrində daha güclü mövqe əldə etməsinə şərait yaradacaq. Bu, ölkəmizin logistik mərkəzə çevrilmək yolunda ciddi bir müsbət addım ola bilər,” – deyə N.Cəfərli qeyd edib.

O, həmçinin bildirib ki, koordinasiyalı fəaliyyətin təmin edilməsi bu layihələrin uğurlu olmasında əsas rol oynayır və bu cür mərkəzləşdirilmiş idarəetmə sisteminin tətbiqi Azərbaycanın daha səmərəli və inteqrasiya olunmuş nəqliyyat sisteminə sahib olmasına yardım edəcək.

Qeyd edək ki, fərman dəmiryol nəqliyyatı sahəsində nəqliyyat əməliyyatlarını və logistika proseslərini daha səmərəli və operativ qaydada həyata keçirmək, eləcə də dəniz nəqliyyatına olan ehtiyacların daha dolğun ödənilməsini təmin etmək məqsədilə imzalanıb.

Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)-a bu Fərmandan irəli gələn məsələləri həll etmək üçün 3 ay vaxt verilib.

Bəsti Rəfizadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://sfera.az
archiveBu xəbər 26 Fevral 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see370

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see254

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see196

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see181

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see168

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see164

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see155

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see150

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see147

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see137

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see137

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see133

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri