Icma.az
close
up
RU
Laçın hava limanının fəaliyyəti turizmə necə təsir edəcək? ŞƏRH

Laçın hava limanının fəaliyyəti turizmə necə təsir edəcək? ŞƏRH

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda doqquzuncu beynəlxalq hava limanı bu il Laçında istifadəyə veriləcək. Bu barədə dünən Azərbaycan Prezidenti İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunan müşavirədə çıxışı zamanı deyib. 

Maraqlıdır, Laçın hava limanının fəaliyyəti turizmə hansı formada təsir edəcək? 

Bununla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı deputat Vüqar Bayramov deyib ki, Laçın hava limanı işğaldan azad edilmiş bölgələrimizdə inşa ediləcək və istifadəyə veriləcək üçüncü hava limanı olacaq:

“Bundan əvvəl Füzulidə və Zəngilanda hava limanları istifadəyə verildi. Laçın hava limanı Azərbaycan üçün həm də iqtisadi baxımdan vacibdir. Çünki Laçının kifayət qədər iqtisadi potensialı var, daxili və xarici turizm sahəsində imkanları yüksəkdir. Nəzərə alsaq ki, Laçında yalnız yay-qış turizmi deyil, həm də dini, mədəni, tarixi turizm imkanları mövcuddur, bu da təbii ki, gəlmə və daxili turizm üçün yeni potensial deməkdir”.

Millət vəkili qeyd etdi ki, hər bir ölkədə hava limanları nəqliyyat və logistikanın inkişaf etməsi, eləcə də investisiyanın cəlbi baxımından önəmlidir:

“Şərqi Zəngəzura xarici investisiyanın cəlb edilməsi kreativ məsələlərdən biridir. Ona görə də işğaldan azad edilmiş ərazilərimizdə qurulan hava limanları həm də həmin bölgələrə xarici investisiyanın cəlb edilməsinə, burada iqtisadiyyatın daha qısa zamanda formalaşmasına, reinteqrasiyasına yardım edəcək”.

Qeyd edək ki, son 20 il ərzində Azərbaycanda səkkiz beynəlxalq hava limanı inşa edilib. Bunlar Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Qəbələ, Zaqatala, Füzuli və Zəngilan hava limanlarıdır. 

Günay Rəsulqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://sfera.az
archiveBu xəbər 29 Yanvar 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see219

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see184

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see184

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see179

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see178

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see158

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see144

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see143

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see138

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see136

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see135

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see135

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see135

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see134

Zəngilan son beş ildə müasir və böyük əhəmiyyətə malik bölgəyə çevrilib

20 Oktyabr 2025 09:17see132

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see130

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see128

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see123

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see122

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri