Bakı limanının ADY yə birləşdirilməsi logistika sisteminin səmərəliliyini artıracaq Qaydar Abdikerimov
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə birləşdirilməsi Orta Dəhlizin inkişaf dinamikasına müsbət təsir göstərəcək.
Avtosfer.az xəbər verir ki, bunu “Report”a “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının baş katibi Qaydar Abdikerimov bildirib.
“Biz inteqrasiya prosesini diqqətlə izləyirik və əminik ki, uzunmüddətli perspektivdə bu, logistika sisteminin səmərəliliyinin artmasına gətirib çıxaracaq. İki əsas infrastruktur obyektinin – Bakı limanı və ADY-nin birləşdirilməsi yüklərin aşırılma vaxtını əhəmiyyətli dərəcədə azalda, daşımaların koordinasiyasını yaxşılaşdıra və tranzit axınları üçün vahid idarəetmə həlqəsi yarada bilər. Bu, öz növbəsində, Orta Dəhlizin inkişaf dinamikasına və onun beynəlxalq səviyyədə rəqabət qabiliyyətinə müsbət təsir göstərəcək”, - qeyd edib.
Xatırladaq ki, 2025-ci il fevralın 25-də Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” QSC-nin yenidən təşkili haqqında fərman imzalayıb. Fərmana əsasən, ADY “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin ona qoşulması ilə yenidən təşkil edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 12 Mart 2025 18:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















