Icma.az
close
up
RU
Dəmir yollarında yeni rəqəmsal xidmət

Dəmir yollarında yeni rəqəmsal xidmət

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) Şərq-Qərb beynəlxalq nəqliyyat marşrutu istiqamətində həyata keçirilən konteyner daşımalarının real vaxt rejimində izlənilməsi üçün “Cargo-tracking.ady.az” platformasını istifadəyə verib. Bu barədə XQ-yə ADY-dən məlumat verilib.

Bildirilib ki, yeni rəqəmsal xidmət yük sahiblərinə, yükgöndərənlərə, daşıyıcılara və digər maraqlı tərəflərə konteynerlərin cari vəziyyəti barədə operativ məlumat əldə etmək imkanı yaradır. “Cargo tracking” platforması tranzit, ixrac və idxal rejimində konteyner daşımalarının rəqəmsal monitorinqini təmin edərək daşıma prosesinin müxtəlif mərhələlərini onlayn şəkildə izləməyə icazə verir ki, bu da logistika əməliyyatlarında şəffaflığı artırır.

Platformanın əsas funksiyaları sırasına konteyner nömrəsi və müvafiq invoys nömrəsi üzrə axtarış, konteynerin göndərilmə və təyinat stansiyası barədə məlumatın əldə edilməsi, konteynerin cari dislokasiyasının əks olunması, eyni zamanda, son əməliyyatın icra olunduğu stansiyanın adının göstərilməsi daxildir. “Cargo tracking” marşrut üzrə stansiyalarda giriş və çıxış tarixlərinin və proqnozlaşdırılan çatma vaxtının göstərilməsini, gecikmə müddətinin hesablanması və əks olunmasını, həmçinin konteynerin əsas texniki (pasport) məlumatlarının təqdim edilməsini təmin edir.

Qeyd edək ki, innovativ həllərin tətbiqi ilə yaradılmış yeni sistem hələlik Azərbaycan və Qazaxıstan ərazilərini əhatə edir. Növbəti mərhələlərdə isə Orta Dəhliz üzrə digər ölkələrlə inteqrasiyası da nəzərdə tutulur. ADY-nin məlumatına əsasən, platformanın tətbiqi rəqəmsal xidmət modelinin inkişafına mühüm töhfə verir. İnnovativ texnoloji həllərin tətbiqi yükdaşımaların idarə edilməsində avtomatlaşdırmanı və məlumat mübadiləsini daha da təkmilləşdirir. Yeni xidmət tranzit konteyner daşımalarının rəqəmsal monitorinqi sahəsində mühüm mərhələ olmaqla regionda logistika proseslərinin, o cümlədən konteyner daşımalarının daha səmərəli, operativ və şəffaf idarə olunmasına geniş imkanlar yaradır.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Mart 2026 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see354

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see286

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see273

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see272

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see270

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see261

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see259

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see258

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see256

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see252

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see238

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see236

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see231

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see228

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see227

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see225

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see206

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see202

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see202

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri