Dəmir yolunun kənarından silah sursat tapıldı
Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri keçirib.
Gununsesi.info xəbər verir ki, bu barədə Penitensiar xidmət məlumat yayıb.
Bildirilib ki, axtarış nəticəsində Vaqif İmanxan oğlu İbadova məxsus 1 ədəd lüləsi və qundağı kəsik ov tüfəngi, 2 ədəd F-1 markalı əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 1171 ədəd müxtəlif kalibrli patron və 1 ədəd siqnal tapançası Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində dəmir yolunun kənarında sahibsiz tikilinin yaxınlığında aşkar edilərək götürülüb.
Əl qumbaraları Fövqəladə Hallar Nazirliyinin Xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Baxış sayı:68
Bu xəbər 22 Fevral 2025 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















