Icma.az
close
up
RU
“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Icma.az, Lent az portalına istinadən məlumat verir.

İstanbulda Azərbaycanın Baş Konsulluğunun yerləşdiyi küçədə təhlükəsizlik tədbirlərinin maksimum dərəcədə gücləndirilməsi Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Azərbaycanla münasibətlərdə yürütdüyü siyasət ətrafında ciddi suallar doğurur.

İllərdir “bir millət, iki dövlət” şüarını siyasi ritorikasının əsas elementlərindən birinə çevirən AKP hakimiyyəti indi bu prinsipin real həyatda necə qorunduğunu izah etmək zərurəti ilə üz-üzədir. Qardaş adlandırdığı dövlətin diplomatik nümayəndəliyinin ətrafında polis kordonunun yaradılması təkcə təhlükəsizlik məsələsi deyil, həm də Türkiyənin daxili siyasi mühitində baş verən proseslərin düşündürücü mənzərəsidir.

“Bir millət, iki dövlət” şüarından polis kordonuna

AKP hakimiyyəti uzun illər Azərbaycanla qardaşlıq münasibətlərini öz xarici siyasətinin mühüm uğurlarından biri kimi təqdim edib. Ölkə rəhbərliyi hər fürsətdə iki ölkə arasındakı sarsılmaz birlikdən, ortaq maraqlardan və strateji müttəfiqlikdən danışıb. Lakin İstanbulda Azərbaycan Baş Konsulluğunun ətrafında yaranan vəziyyət həmin bəyanatlarla gündəlik siyasi reallıq arasındakı ziddiyyəti müzakirəyə çıxarır.

Ortaya çıxan mənzərə düşündürücüdür: bir tərəfdə qardaşlıq haqqında yüksək səviyyəli bəyanatlar, digər tərəfdə isə Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyini təmin etmək üçün gücləndirilən polis tədbirləri...

Əslində, diplomatik nümayəndəliyin polis tərəfindən qorunması dövlətin hüquqi vəzifəsidir. Ancaq qardaş ölkənin konsulluğuna qarşı radikal qruplardan qaynaqlanan risklərin yaranması siyasi baxımdan daha dərin məna kəsb edir. Belə bir mühitin formalaşmasının səbəbləri, siyasi ritorikanın bu proseslərə təsiri və hakimiyyətin profilaktik məsuliyyəti ayrıca qiymətləndirilməlidir. Bu mənzərə Türkiyədə Azərbaycan dövlətinə qarşı təhlükəli bir nifrət və təhdid mühitinin formalaşdırıldığının rəsmi etirafıdır.

Əgər qardaş ölkənin konsulluğu radikal qrupların hücum riskinə görə kordona alınırsa, deməli, AKP-nin idarə etdiyi cəmiyyətdə artıq Azərbaycan təhlükəsizlik təhdidi olaraq görülməyə başlanıb.

Radikal qruplar hansı siyasi mühitdə güclənir?

Azərbaycan konsulluğu ətrafındakı gərginlik kontekstində “Köklü Değişim” və “Özgür-Der” kimi təşkilatların adlarının hallanması Türkiyədə dini-siyasi fəallıqla dövlətlərarası münasibətlərin toqquşması məsələsini gündəmə gətirir. 

AKP təmsilçilərinin, hakim artiyaya yaxın media qurumlarında və sosial şəbəkə seqmentlərində Azərbaycana, onun konstitusion quruluşuna və rəhbərliyinə qarşı aparılan qarayaxma və böhtan kampaniyaları bu aksiyaların ideoloji zəminini hazırlayıb. 

Burada söhbət yalnız küçəyə çıxan bir qrup fəaldan getmir. Daha vacib məsələ siyasi hakimiyyətin radikal çağırışlara münasibəti, bu cür təşkilatların ictimai mühitdə qazandığı təsir imkanları və onların fəaliyyətinə tətbiq olunan hüquqi meyarlardır.

Uzun illər hakimiyyətdə olan AKP-nin ölkədəki siyasi atmosferə təsiri danılmazdır. İctimai müzakirələrdə istifadə olunan dil, hakimiyyətə yaxın dairələrin mövqeyi və dövlət qurumlarının etirazlara reaksiyası bu atmosferin formalaşmasında mühüm rol oynayır.

Radikal qrupların özlərini toxunulmaz hiss etməsi barədə iddialar da məhz bu kontekstdə müzakirə edilməlidir. Əgər müəyyən təşkilatların təhdid xarakterli fəaliyyətinə göz yumulursa, bunun siyasi və hüquqi məsuliyyəti müvafiq dövlət institutlarının üzərinə düşür.

Azərbaycana qarşı kampaniyalar və hakimiyyətə yaxın dairələrin rolu

Son dövrdə Türkiyədə Azərbaycanla bağlı mübahisələrin yalnız ayrı-ayrı dini təşkilatların etirazları ilə məhdudlaşmadığı görünür. Məsələ siyasi dairələrin açıqlamalarında və media müzakirələrində də öz əksini tapır.

Xüsusilə Azərbaycan məktəblərində geyim qaydaları ətrafında yaranan mübahisə zamanı Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın açıqlamaları, eləcə də hakim partiyanın bəzi nümayəndələrinin mövqeləri iki ölkə arasında siyasi narazılığa səbəb olub. 

Bu hadisələr göstərir ki, problem yalnız konsulluq qarşısında keçirilən aksiyalarla məhdudlaşmır. Siyasi bəyanatlarla küçə etirazları arasında yaranan qarşılıqlı təsir də diqqətdən kənarda qalmamalıdır.

AKP hakimiyyətinin qarşısında mühüm məsələ dayanır: Azərbaycanla bağlı fikir ayrılıqlarının radikal çağırışlara, dövlətlərarası münasibətlərə zərər verən düşmənçilik ritorikasına çevrilməsinin qarşısını almaq.

Azərbaycanın dövlət quruluşu ideoloji mübarizə meydanı deyil

Bir daha xatırladırıq ki, Azərbaycan dünyəvi konstitusion quruluşa malik müstəqil dövlətdir. Onun təhsil, din və dövlət münasibətlərinə dair siyasəti ictimai müzakirə və tənqid predmeti ola bilər. Lakin başqa ölkədəki siyasi və dini təşkilatların Azərbaycan üçün alternativ dövlət modeli tələb etməsi məsələyə fərqli məzmun verir.

Ankarada Azərbaycan səfirliyi qarşısında keçirilən aksiyada xilafət modelinin müdafiə olunması və Azərbaycanın bu sistemə uyğun idarə edilməsinə çağırışlar səsləndirilməsi barədə məlumatlar yayılıb.

Bu məqam xüsusi əhəmiyyət daşıyır. Çünki müzakirə artıq məktəbli geyimi və dini azadlıqlar çərçivəsindən çıxaraq Azərbaycanın konstitusion quruluşuna dair ideoloji tələblər müstəvisinə keçib.

Türkiyə hakimiyyətinin qarşısındakı əsas vəzifə qanuni etiraz hüququ ilə təhdid və zorakılıq çağırışları arasındakı sərhədi qorumaqdır. Strateji müttəfiqin suverenliyinə hörmət prinsipi də dövlətlərarası münasibətlərdə ardıcıl şəkildə müdafiə olunmalıdır.

AKP üçün əsas sual: Polis kordonu səbəbləri aradan qaldırırmı?

İstanbulda Azərbaycan Baş Konsulluğunun mühafizəsinin gücləndirilməsi təhlükəsizlik baxımından zəruri tədbir ola bilər. Ancaq təhlükəsizlik tədbirləri siyasi və ictimai gərginliyin səbəblərini öz-özünə aradan qaldırmır.

AKP hakimiyyətinin qarşısında yalnız diplomatik binanı qorumaq deyil, eyni zamanda, Türkiyə-Azərbaycan münasibətlərinə təsir göstərən radikal çağırışlara, siyasi ittihamlara və düşmənçilik ritorikasına münasibətdə aydın mövqe ortaya qoymaq vəzifəsi dayanır.

Azərbaycanla Türkiyənin strateji əməkdaşlığı iki ölkənin dövlət maraqlarına, ortaq təhlükəsizlik ehtiyaclarına və uzunmüddətli tərəfdaşlığına əsaslanır. Bu münasibətlərin ayrı-ayrı siyasi qrupların ideoloji mübarizəsinin təsiri altına düşməməsi hər iki tərəf üçün mühüm əhəmiyyət daşıyır.

Nəticədə İstanbulda Azərbaycan konsulluğunun polis kordonu ilə mühafizəsi AKP hakimiyyəti üçün sadə təhlükəsizlik məsələsindən daha geniş siyasi sual yaradır: “Bir millət, iki dövlət” deyən hakimiyyət qardaşlıq prinsipini yalnız rəsmi bəyanatlarda deyil, öz ölkəsində formalaşan ictimai-siyasi münasibətlərdə də necə təmin edəcək?

Məhz bu suala veriləcək cavab Türkiyə-Azərbaycan münasibətlərində yaranan gərginliyin gələcək istiqamətini müəyyən edən mühüm amillərdən biri olacaq!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:589
embedMənbə:https://lent.az
archiveBu xəbər 20 Oktyabr 2026 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri