Icma.az
close
up
RU
Demokratiya pərdəsi altında ixrac olunan təhlükə: ermənilər şok içində Şərh

Demokratiya pərdəsi altında ixrac olunan təhlükə: ermənilər şok içində Şərh

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Azərbaycan ictimaiyyəti uzun illər ölkəmiz əleyhinə müxtəlif layihələri maliyyələşdirən, açıq ermənipərəst mövqe nümayiş etdirən ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi – USAID ətrafında baş verən prosesləri diqqətlə izləyir.
Co Baydeni hakimiyyət postunda əvəz edən Donald Trampın prezident seçilməsi ilə USAID ətrafındakı ajiotaja nöqtə qoyuldu. ABŞ Hökumətinin effektivliyinin artırılması üzrə departamentin rəhbəri təyin olunan milyarder İlon Mask təşkilatın fəaliyyətinin araşdırılması və USAID-in dünya boyu cinayətkar əməllərinin ifşası təşəbbüsünü öz üzərinə götürüb. Ortaya çıxan faktlar qurumun cinayətkar keçmişinə tam aydınlıq gətirir, əsas məqsədinin demokratiyanın inkişafı deyil, milli dövlətləri parçalamaq və Amerikadan asılı vəziyyətə salmaq olduğunu tam təsdiq edir. USAID-in əsas siyasi dayağı - demokratlar qurumun Konqres tərəfindən maliyyələşdirildiyini deyir və onun işinin bərpasına nail olmaq üçün sona qədər müqavimət göstərəcəklərini bəyan edirlər. Ancaq reallıq budur ki, Tramp tərəfdarları tərəfindən USAID-in çirkin fəaliyyəti ilə bağlı dövriyyəyə daxil edilən kompromatlar Vaşinqtondakı ofisin qapısına vurulan qıfılın əbədi olacağını söyləməyə əsas verir”.

Bunu Ölkə.Az-a açıqlamasında deputat Əliabbas Məhərrəmzadə deyib.

Deputat öncə onu qeyd edib ki, USAID 1961-ci il noyabrın 3-də yaradılıb. “Baş ofisi Vaşinqton şəhərində yerləşir. Bağlanmazdan öncə qurumun rəhbəri funksiyasını Samanta Pauer həyata keçirib. USAID 5 regional büro vasitəsilə dünyanın 110-a yaxın ölkəsində fəaliyyət göstərib. Təşkilatın əsas yardım istiqamətləri sırasında yoxsulluğun, xəstəliklərin azaldılması, sosial-iqtisadi inkişaf, ətraf mühit, qlobal məsələlərlə bağlı əməkdaşlıq və digərləri təşkil edir. Lakin son illər Agentliyin daha çox siyasi proseslərə qoşulduğu, bir çox dövlətlərin daxili işlərinə müdaxilə etdiyi açıq hiss olunur. Belə ölkələrdən biri də məhz Azərbaycandır. USAID Azərbaycanda 1992-ci ildən fəaliyyətə başlayıb. Həmin il ölkəmizə ədalətsiz şəkildə tətbiq edilən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəliş səbəbindən qurum fəaliyyət istiqaməti olaraq humanitar yardımları seçir. Lakin son zamanlar öz bəyanatları və həyata keçirdiyi siyasət nöqteyi-nəzərdən daha çox anti-Azərbaycançı mövqedən çıxış edib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu təşkilatın yardımlarından imtina edildiyini, lakin qarşı tərəfin belə bir gedişi qəbul etmək istəmədiyini bildirir. Prezident onu da vurğulayır ki, ölkəmizdə fəaliyyət göstərən və qrantlar ayıran USAID kimi qurumlar daha çox asılılıq yaratmaq və öz imperativlərini Azərbaycan xalqına qəbul etdirmək marağını güdüblər. Ancaq dövlət açıq ermənipərəst kimi çıxış edən və Qarabağ hadisələri ilə bağlı Ermənistanın yanında yer alan USAID-lə yollarını ayıra bildi və təşkilat 2024-cü il iyulun 1-dən ölkəmizdə de-yure fəaliyyət göstərmir. Ötən həftə Azərbaycan hökumətinin Birləşmiş Ştatlar rəhbərliyinə ünvanladığı müraciətdə isə USAID-in respublikamızda fəaliyyət göstərməsi üçün hüquqi zəminin olmadığı bildirilir. 
Bu tezisi nüfuzlu amerikalı ekspertlər də bölüşür və bildirirlər ki, sitat: “Görünür, Donald Tramp və İlon Mask USAID-lə bağlı Azərbaycanla eyni fikirdədir və bununla bağlı həll edilməsinə ehtiyac duyulan real problemlərin olduğunu qəbul edirlər”. 

Beləliklə, Donald Trampın Ağ evə qayıdışı ilə hakimiyyəti demokratlardan təhvil alan respublikaçılar dünyada terroru, separatizm və ektremizmi dəstəkləməkdə şübhəli bilinən USAID-i faktiki, tarixə gömdülər. Samanta Pauerin rəhbəri olduğu strukturun qapılarının bağlanması böyük bir maliyyə maxinasiyası kanalının gündəmdən silindiyi anlamını daşıyır”, - o qeyd edib.

Deputat əlavə edib ki, bu qərar Birləşmiş Ştatların yeni administrasiyasının 90 gün ərzində xarici ölkələrə maliyyə yardımlarının ayrılmasının dayandırılması kontekstində demokratların “bəslədiyi” ölkələrə və təşkilatlara vurulan ən güclü zərbədir: “Odur ki, mütəxəssislər fevralın əvvəlini  Ermənistan və ABŞ demokratlarından geninə-boluna maliyyə vəsaitləri alan bütün qüvvələr üçün bir növ, “matəm günləri” kimi dəyərləndirir. Ən çox da məhz ermənilər üçün... Qatı ermənipərəstlərdən biri kimi tanınan eks-senator Bob Menendes bu günlərdə korrupsiya və rüşvətxorluğa görə 11 il həbs cəzası aldı. İndi də növbə USAID-ə çatdı. Samanta Pauer və onun sorosçu komandası elə məhz “Soros layihəsi” sayılan Paşinyan hökumətinə maliyyə yardımlarının həcmini 120 milyon dollardan 250 milyon dollara qədər artırmağı vəd etmişdilər. 

Ümumiyyətlə isə, USAID-in Ermənistan üzrə fəaliyyəti də böyük marağa səbəb olur. Təşkilat qonşu respublikada işinə 1992-ci ildə start versə də, dövlət strukturları ilə birbaşa təmaslara 2013-cü ildən girir. Ötən 32 il ərzində Pauer komandası ermənilərlə birgə 1,3 milyard dollar dəyərində 32 proqram həyata keçirir. Samanta Pauerin son bir neçə il ərzində bir neçə dəfə İrəvana səfər etməsi və yeni reallıqlar şəraitində Azərbaycanın deyil, Ermənistanın yanında yer alması bu qurumun Soros və Bayden hökumətinin sifarişlərinin baş icraçısı olduğunu göstərir. Başqa sözlə desək, təşkilatın əsas planları sırasında Cənubi Qafqazda proseslərə müdaxilə edərək Amerikanın maraqlarını nəyin bahasına olursa-olsun, gerçəkləşdirmək ilk yerdə durub. Son məlumatlara görə, USAID-in İrəvandakı ofisinin qapadılmasından böyük məyusluq keçirən ermənilər təşkilatla əməkdaşlıq edən şirkətlərin maliyyə qaynaqlarından yararlanmaq üçün yeni yollar axtarırlar. Və bu ideyanın sahibi Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyandır.

50 milyard dollar civarında büdcəsi olduğu deyilən USAID-in hədəfində tək Azərbaycan deyil, təşkilatın dünyanın bir çox ölkələrində həyata keçirdiyi proqramlar həqiqətən də USAID-in cinayətkar yuva olduğunu söyləməyə əsas verir. İlon Mask qurumun fəaliyyəti ilə bağlı bəzi maraqlı məqamları açıqlayır.

Beləliklə, USAID: 

-Serbiyada Müxtəliflik və İnklüzivliyin inkişafı üçün 2,5 milyon dollar,
-İrlandiyada musiqili DEI üçün 70 min dollar,
-Kolumbiyada transseksual opera üçün 47 min dollar,
-Peruda transgender komiksi üçün 32 min dollar maliyyə yardımı ayırıb.

Göründüyü kimi, təşkilat dünyanın ayrı-ayrı bölgələrində milli identikliyi məhv etmək üçün LGBT layihələrini həyata keçirir ki, bu da xalqları və dövlətləri asılı vəziyyətə salmaq, gənc nəsli kosmopolit ruhda yetişdirmək maraqlarına xidmət edir. Bundan əlavə, ABŞ-ın USAID-in xətti ilə 2014-cü ildə Ukraynada “maydan hərəkatı”nı maliyyələşdirdiyi, Gürcüstandakı son parlament seçkilərini pozmaqdan ötrü 41,7 milyon dollar vəsait xərclədiyi ortaya çıxıb. USAID daxilində korrupsiya şəbəkəsinin formalaşdığı da bildirilir. Məsələn, Əfqanıstanın Bədəxşan və Xost əyalətlərində qadınların statusunun yaxşılaşdırılması üçün həyata keçirilən layihədə bürokratlar tərəfindən mənimsənilən vəsaitlərin payı 90-95 faiz təşki edib. 

USAID-in kəşfiyyat strukturları ilə əlaqələri barədə də yüzlərlə faktlar var. Təşkilatın çətiri altında çalışan Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları son onilliklər ərzində Latın Amerikasında, Yaxın Şərqdə və digər bölgələrdə baş verən bütün çevrilişlərdə və ya çevriliş cəhdlərində iştirak edərək müxalifət liderləri üçün müvafiq təlimlər, onların maliyyələşdirilməsi, siyasi, ideoloji və texniki dəstəyi təmin ediblər. Birləşmiş Ştatların Mərkəzi Kəşfiyyat İdarəsi vasitəsilə 1947-ci ildən 1997-ci ilə qədər dünyada 83 demokratik hökumətin devrilməsinə nail olduğu yeni hökumətin ifşa etdiyi rəqəmlər sırasındadır.

Bir sözlə, Donald Tramp dünyanı “xərçəng” kimi bürüyən bir strukturun sonunu gətirdi. Bəziləri USAID-in öz fəaliyyətini müvəqqəti olaraq dayandırdığını desələr də, ABŞ prezidentinin İlon Mask vasitəsilə orduda, təhsil sistemində və digər sektorlarda korrupsiya nəticəsində yeyilən 100 milyardlarla dollar vəsaitin aşkara çıxarılması istiqaməindəki səylərin davam etdirməsi Azərbaycan üçün də arzuolunmaz bir şəbəkənin tarixə gömüldüyündən xəbər verir. Mask tərəfindən “Azadlıq radiosu” və “Amerikanın səsi” mediaresurslarının qapadılması təşəbbüsü isə milli dövlətlərə təzyiqin ən çirkin formalarının aradan qaldırılacağına olan ümudləri xeyli artırır”.

Mürtəza
Ölkə.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 Fevral 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see249

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see238

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see200

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see199

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see195

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see187

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see177

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see168

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see167

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see162

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see161

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see141

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see134

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see134

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see134

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see133

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see130

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see130

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see125

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri