Icma.az
close
up
RU
Demokratiyanın məzarına çevrilmiş Fransa: Reyunyon xalqı əsrlərdir istila altında inildəyir

Demokratiyanın məzarına çevrilmiş Fransa: Reyunyon xalqı əsrlərdir istila altında inildəyir

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda Fransanın müstəmləkəçiliyi altında olan Reyunyon adasına həsr edilmiş "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" mövzusunda beynəlxalq konfrans keçirilib. Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən tədbirdə müstəqillik uğrunda mübarizə aparan Reyunyon xalqının təmsilçiləri, habelə müstəmləkəçilik əleyhinə fəaliyyət göstərən təşkilatların rəhbərləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar iştirak edirlər. Konfransda Reyunyon xalqının öz müqəddəratını təyinetmə hüququnun tanınmasının aidiyyəti beynəlxalq təşkilatların gündəliyinə çıxarılması istiqamətində görülən işlər və bu xüsusda beynəlxalq hüquqi mexanizmlər müzakirə olunacaq. 

Qeyd edək ki, Reyunyon adası 1500-cü illərin əvvəllərində portuqaliyalı səyyahlar tərəfindən kəşf edilib. Ada 1642-ci ildə XIV Lüdovikin dövründə fransızlar tərəfindən ələ keçirilib və Burbon adası adlandırılıb. Üç il sonra isə ilk daimi koloniya qurulub. Reyunyon adasında müstəmləkəçilik irsi iqtisadi, siyasi və sosial sahələrdə öz təsirini davamlı şəkildə hiss etdirir. Fransanın adadakı dominant mövqeyi və güclü təsir mexanizmləri yerli xalqın siyasi və iqtisadi müstəqilliyə nail olmaq uğrunda göstərdiyi səylərə ciddi maneələr yaradır. İqtisadi sahədə bu təsir adanın xarici ticarət və investisiyalar baxımından Fransadan yüksək dərəcədə asılı olması, yerli istehsalın zəifləməsi və işsizlik səviyyəsinin artması kimi məsələlərdə özünü göstərir. Siyasi sahədə isə Fransa tərəfindən tətbiq olunan idarəetmə modelləri və institusional mexanizmlər Reyunyon xalqının öz müqəddəratını təyinetmə hüququnu məhdudlaşdırmaqla yanaşı, onların qərarvermə prosesində iştirakını da minimuma endirir. Bu tədbir Reyunyon xalqının öz gələcəyini müstəqil şəkildə müəyyən etməsi üçün beynəlxalq dəstəyin vacibliyinə dair çağırış platforması rolunu oynayacaq.


Siyasi şərhçi Tural İrfan “Sherg.az”a söyləyib ki, Fransa nəinki Reyunyon xalqını digər xalqları da əsrlərlə istismar edib, ölkələri işğal edərək sümürüb:


“Fransa Əlcəzairdə müsəlmanlara qarşı ən dəhşətli genosid törədib. Düşünürəm ki, Əlcəzair xalqı da haqqını axtarmalı, Fransadan vaxtilə törətdiyi qanlı cinayətlərin hesabını tələb etməlidir. Eyni zamanda Afrika ölkələrini də Fransa istilası bürüyüb, təbii sərvətləri talanıb, əhalisi də məhv edib. Reyunyon xalqı da əsrlərdir istila altında inildəyir və Fransa onların haqlarını, milli dəyərlərini də özləri kimi həbs edib. Təbii ki, onların da öz müqəddəratlarını həll etmək hüququ var. Aidiyyatı beynəlxalq təşkilatların bu məsələyə susqun qalması ikili standartlardan qaynaqlanır və böyük ədalətsizlikdir. Haqqı tapdanmış, Fransanın işğalçı və istismarçılığının qurbanı olan Reyunyon adasının suverenliyi, xalqının azadlığı naminə Bakıda keçirilən bu beynəlxalq konfrans Azərbaycanın digər xalqlara, əzilən cəmiyyətlərə nə qədər həssas yanaşdığının bariz nümunəsidir”.


Ekspert qeyd edib ki, özünü "demokratiya və insan haqlarının beşiyi" sayan Fransa kimi dövlətlər əslində bu kimi dəyərlərin beşiyinə yox məzarına çevrilib:

“Reyunyon adası müstəqil olmalıdır və Fransa istilasından mütləq xilas olmalıdır. Hələ Fransa daxilində digər mühüm problemlər də var. Zamanı gəldikcə şübhəsiz ki, o problemlər də öz həllini tapmalıdır. Müstəmləkəçilik siyasəti aparan Fransanın azadlıqdan, demokratiyadan danışması İranın dindən danışması qədər saxtadır. Köməksiz xalqları, zəif dövlətləri əzib sərvətini əsrlərdir talamaqda olan bir dövlət mütləq müasir dünyada öz layiq olduğu qiyməti və yeri almalıdır, onun əməllərinə qiymət verilməlidir. Bir çox mühüm təşkilatlar, dövlətlər də Reinyon adasının suverenliyinin tərəfdarıdır. Beynəlxalq hüququn tələbinə görə Fransa istilası və işğalı insan haqlarına ziddir. Ona görə də Bakıda keçirilən bu konfransın davamı olaraq gərək bu problem həllini tapana qədər üzərində durulsun, beynəlxalq təşkilatlar buna biganə qalmasın. Azərbaycanın özü də elə məhz Fransanın da dəstəklədiyi Ermənistan tərəfindən işğaldan, istiladan əziyyət çəkdiyi kimi Reinyon adasının işğalını, istila edilməsini, əhalisinin hüquqlarının pozulmasını gözəl anlayır. Məlum adamın suverenliyin bərpası qaçılmaz olmalıdır. Əks halda Fransa adəti üzrə fərqli üsullarla istila və müstəmləkəçilik siyasətini davam etdirəcək ki, bu da müasir dünyada sülhü təhdid edən ən böyük problemlərdən biridir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Yanvar 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri