Icma.az
close
up
RU
Dəniz ekosisteminə təhlükə: bir trilyon ton buz hərəkət etməyə başlayıb

Dəniz ekosisteminə təhlükə: bir trilyon ton buz hərəkət etməyə başlayıb

Icma.az bildirir, Reyting.az portalına istinadən.


"Roskosmos" peykləri 30 ildən çoxdur hərəkətsiz qalan və dünyanın ən böyük aysberqi hesab olunan "A23a"-nın qəfil hərəkətini qeydə alıblar. Son hesablamalara görə, aysberqin sahəsi 3672 kvadrat kilometr, çəkisi trilyon tona yaxındır.
Reyting.az
xəbər verir ki, aysberq 1986-cı ilin sentyabrında Filçner Buz Şelfindən qopsa da, çox tezliklə Ueddell dənizi mərkəzindəki quruya düşüb. Beləliklə, yenidən hərəkət etməyə başlayana qədər onilliklər ərzində hərəkətsiz qalıb. Daha sonra yenidən hərəkətə gələn bu nəhəng buz əsarətindən qurtulan "A23a" Cənubi Atlantikaya doğru sürünməklə, istiqamət aldığı Böyük Britaniyanın Cənubi Corciya adasına yaxınlaşır.
Aysberqin marşrutu diqqətlə izlənilir, çünki belə kütləvi buz birləşməsinin dəniz ekosistemi üçün böyük təhlükə yaratması mümkündür. Aysberq adaya çox yaxınlaşarsa, pinqvinlər və suitilər də daxil olmaqla, yerli heyvanların miqrasiya yollarını poza bilər. Bundan əlavə, bu cür bloklar okean axınlarını dəyişdirmək və bölgənin iqliminə təsir göstərmək qabiliyyətinə malikdir.

Mütəxəssislər "A23a" aysberqinin gələcək trayektoriyasını dəqiq proqnozlaşdıra bilmirlər. Bununla belə, bu buz öz sürəti ilə sürüşməyə davam edərsə, o, tədricən daha da kiçik parçalara bölünməklə, tam irəli, yəni Atlantik okeanının isti sularına doğru irəliləyəcək.
Təhlükəli vəziyyət hazırda beynəlxalq kosmik agentliklər, iqlim dəyişikliyi və buzlaqları öyrənən dünya tədqiqat mərkəzləri tərəfindən izlənməkdə davam edir.
Oqtay QORÇU

Ana səhifəyə dön


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:245
embedMənbə:https://reyting.az
archiveBu xəbər 27 Yanvar 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri