Icma.az
close
up
RU
“Türk dövlətləri artıq tək tək yox, birlikdə hərəkət etməyə başlayıb”

“Türk dövlətləri artıq tək tək yox, birlikdə hərəkət etməyə başlayıb”

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunun keçirilməsi, əslində, son illərdə türk dünyasında gedən böyük inteqrasiya prosesinin bir növ güzgüsü oldu. Bu tədbir təkcə qeyri-hökumət təşkilatlarının toplaşması deyil, dövlətlərarası əməkdaşlığı cəmiyyət müstəvisinə daşıyan çox vacib bir platforma kimi dəyərləndirilə bilər. Yəni artıq təkcə hökumətlər yox, ictimai institutlar da türk birliyinin formalaşmasında aktiv rol almağa başlayır. Bu isə inteqrasiyanın dayanıqlı olması baxımından çox ciddi addımdır”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Alim Nəsirov söyləyib.

O qeyd edib ki, bu gün TDT ölkələri arasında əməkdaşlıq yalnız mədəni və tarixi bağlarla məhdudlaşmır, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında strateji əməkdaşlıq həm iqtisadi sahədə, həm təhlükəsizlik məsələlərində, həm də nəqliyyat-kommunikasiya layihələrində daha da güclənir: “Xüsusilə “Orta Dəhliz” adlandırılan beynəlxalq nəqliyyat yolu bu ölkələrin qlobal ticarətdə rolunu artırır və türk dünyasını real iqtisadi mərkəzə çevirir. Enerji infrastrukturu, qaz və elektrik layihələri, regional investisiyalar – bütün bunlar artıq paralel şəkildə inkişaf edir. Bakıdakı forumun önəmi isə ondan ibarətdir ki, bu əməkdaşlıq xətti yalnız dövlət rəhbərlərinin imzaladığı sənədlərlə yox, həm də cəmiyyətlərin birbaşa iştirakı ilə güclənir. QHT-lər arasında əlaqələrin genişlənməsi, ortaq layihələrin hazırlanması, humanitar təşəbbüslərin irəli sürülməsi – bunlar TDT-nin yumşaq gücünü artıran əsas amillərdir. Mədəniyyət, təhsil, gənclər siyasəti, sosial sahədə birgə fəaliyyət türk kimliyini daha da möhkəmləndirir”.

A.Nəsirovun sözlərinə görə, gələcək perspektivlərə gəldikdə isə, artıq TDT-nin daha koordinasiyalı, institusional şəkildə fəaliyyət göstərməsi gözlənilir: “Ortaq qərar mexanizmləri, vahid mövqe, beynəlxalq platformalarda daha güclü təmsilçilik – bütün bunlar gündəmdədir. Üstəlik, regionda geosiyasi dəyişikliklər fonunda türk dövlətlərinin həmrəy çıxış etməsi onların beynəlxalq arenada çəkisini artırır. Azərbaycanın diplomatik fəallığı, Türkiyənin regional liderliyi, Mərkəzi Asiya ölkələrinin strateji mövqeyi ümumi bir güc mərkəzinə çevrilir. Əslində, Bakıda keçirilən QHT Forumunu türk dünyasının gələcəyinə qoyulan sosial-siyasi investisiya kimi dəyərləndirmək olar. Bu forum həm dövlətləri, həm cəmiyyətləri, həm də institutları eyni məqsəd ətrafında birləşdirən çox mühüm addımdır. Görünən odur ki, türk dövlətləri artıq tək-tək yox, birlikdə hərəkət etməyə başlayıblar və bu əməkdaşlıq həm iqtisadi, həm siyasi, həm də humanitar sahələrdə daha geniş vüsət alacaq”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 27 Noyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri