Dəniz platformasında qurulan mikrodövlət Futbol meydançası boyda ölkə də nələr baş verir?
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Böyük Britaniya sahilindən 13 kilometr uzaqlıqda yerləşən, sahəsi cəmi bir futbol meydançası qədər olan Silənd (Sealand) 1967-ci ildə Peddi Roy Beyts tərəfindən yaradılıb.
Bu "mikrodövlət"in öz bayrağı, himni, pasportu, valyutası və hətta şahzadəsi var. Siləndin əsası II Dünya müharibəsi zamanı tikilmiş hərbi dəniz platformasında qoyulub. Beyts buranı əvvəlcə radio yayımı üçün istifadə etsə də, sonradan "müstəqil dövlət" elan edib.
Hazırda virtual dövlət kimi mövcudluğunu davam etdirən Silənddə internet vasitəsilə aristokrat titulları, dövlət nişanları olan xatirə əşyaları almaq mümkündür.
Deyilənlərə görə, indi platformada yalnız bir gözətçi yaşayır.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Dəniz platformasında qurulan "mikrodövlət" - Futbol meydançası boyda "ölkə"də nələr baş verir?
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 17 Oktyabr 2025 00:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















