Dəniz sahilində qazılan xəndəklər müzakirələrə KONKRET
Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Sosial şəbəkələrdə yayılan videoda iddia olunur ki, Novxanı çimərliyində bəzi obyekt sahibləri ərazidə xəndəklər qazaraq avtomobillərin girişini məhdudlaşdırır və bununla müştəriləri öz obyektlərinə yönləndirməyə çalışırlar.
KONKRET.az xəbər verir ki, Baku tv həmin iddiaların nə dərəcədə doğru olduğunu araşdırmaq üçün əraziyə baş çəkib.
Obyekt sahibi iddiaları təkzib edib:
“Kiminsə uşağa avtomobillə xətər yetirməməsi üçün bu addım atılıb. Maşınlarla buraya girib avtoşluq edirlər. Uşaqlar burada rahat şəkildə oynaya bilsinlər deyə belə edilib. Yəni bu addım sakinlərin təhlükəsizliyi üçündür”.
“Vətəndaşlar dincəlirlər, uşaqları var. Maşınlar daxil olur, avtoşluq edir, təkər qaldırır. Biz məcburuq, təlimat verilib ki, maşınların çimərliyə girişi qadağandır. Yalnız xüsusi təyinatlı maşınların – təcili yardım və yanğınsöndürənlərin girişi mümkündür”, – obyekt işçisi bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 24 İyun 2026 22:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















