Dənizdə batdığı deyilən şəxs xaricə gedibmiş
Icma.az, Moderator.az saytına istinadən bildirir.
Avqustun 19-da saat 19 radələrində Masallı rayon sakini 36 yaşlı Elmar Məmmədlinin Xəzər dənizinin Astara şəhəri ərazisindəki çimərliyində boğulması, meyitinin isə suda itkin düşməsi barədə polisə məlumat daxil olub.
Moderator.az APA-ya istinadla xəbər verir ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri müvafiq tədbirlərlə həmin şəxsin suda boğulmadığı, avqustun 20-də hava yolu ilə ölkə hüdudlarını tərk etdiyi müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, üç gün öncə Astara şəhərinin "Bulvar" ərazisində bir nəfərin Xəzər dənizində batması barədə məlumat daxil olub. Masallı rayonunun Kosagül kənd sakini olan 1990-cı il təvəllüdlü Elmar Bəybala oğlu Məmmədli yaxın qohumları ilə çimmək üçün dənizə gəldiyi qeyd edilib. Elmar Məmmədli ailəlidir və 5 uşaq atasıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 22 Avqust 2026 16:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















