Bakı Qazax yolunda Lexus KamAZ a çırpılıb: Xəsarət alan var + VİDEO
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Bakı-Qazax avtomobil yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"AzPolitika" oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı videogörüntülər yayılıb.
Bildirilir ki, qəza nəticəsində bir nəfər xəsarət alıb.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) fakt təsdiqlənib.
Qurumdan verilən məlumata görə, hadisə ötən gün saat 17:30-da Bakı-Qazax yolunun 161-ci kilometrliyində qeydə alınıb.
"M.Abdullayev "Lexus" markalı, 90-SZ-067 dövlət nömrə nişanlı avtomobilə idarəetməni itirib. Nəticədə avtomobil İ.Hüseynovun idarə etdiyi "KamAZ" markalı, 21-BE-746 dövlət nömrə nişanlı yük maşınının qoşqusuna çırpılıb. Hadisə zamanı "Lexus"un sürücüsü xəsarət alıb. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 30 Oktyabr 2026 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















