Dənizkənarı Bulvar İdarəsi məhkəmə qarşısında
Icma.az bildirir, Pravda.az saytına əsaslanaraq.
"Duzz" MMC və "Dənizkənarı Bulvar İdarəsi" publik hüquqi şəxsi məhkəməyə verilib.
Pravda.az-ın xəbərinə görə, MMC və İdarə ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti vətəndaş Süleymanov Kamran (ad şərti-red) Orxan oğlu edib.
Mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisə olan iş hakim Ülkər Həsənovanın icraatındadır. Növbəti baxış iclası noyabrın 25-də keçiriləcək.
Qeyd: "Duzz" MMC-nin qanuni təmsilçisi Nərmin İlqar qızı Muradova, "Dənizkənarı Bulvar İdarəsi" publik hüquqi şəxsin İdarə Heyətinin sədri Xanlar Adil oğlu Ağalarovdur.
Xəyal Quliyev

Dənizkənarı Bulvar İdarəsi auditor seçib
07 Mart 2025 13:04
Dənizkənarı Bulvar İdarəsi auditor seçir
28 Yanvar 2025 09:50
Dənizkənarı Bulvar İdarəsi mənfəətini kəskin artırıb
07 Yanvar 2025 13:20
Dənizkənarı Bulvar İdarəsi toxum alır 55 min
23 Yanvar 2025 08:16
Dənizkənarı Bulvar İdarəsi 88 minlik boya alır
30 Yanvar 2025 10:41

