Icma.az
close
up
RU
Deputat: 2026 cı il sosial siyasətdə dərinləşmə, ünvanlılıq və şəffaflıq ili olmalıdır

Deputat: 2026 cı il sosial siyasətdə dərinləşmə, ünvanlılıq və şəffaflıq ili olmalıdır

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“2026-cı ilin dövlət büdcəsi təkcə iqtisadi sənəd deyil — bu, Azərbaycanın hərtərəfli inkişaf kursunu müəyyən edən strateji yol xəritəsidir. Büdcə rifaha, təhlükəsizliyə yönəldikdə onun müsbət nəticələrini bütün sahələrdə görmək mümkündür”.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında deputat Nigar Məmmədova deyib.

Onun sözlərinə görə, dövlət büdcəsinin sosialyönümlülüyü inkişaf məqsədlərinə çatmaq üçün strateji əhəmiyyət daşıyır: “Belə ki, sosialyönümlü büdcə vətəndaşları dəstəkləməyə, sosial ədaləti və sabitliyi təmin etməyə, iqtisadi artımı stimullaşdırmağa imkan verir”.

Nigar Məmmədova qeyd edib ki, son illərdə ölkəmizdə aparılan sosial islahatlar milyonlarla vətəndaşın həyatına müsbət təsir edib: “2026-cı ilin büdcə zərfi də Azərbaycan dövlətinin sosial iradəsini əks etdirməklə sosialyönümlü prioritetlərə əsaslanır. Bu da vətəndaşların sosial rifahının və təminatının yaxşılaşdırılması üçün mühüm maliyyə bazası deməkdir. Sosial təminat xərcləri hesabına pensiya və münavinətlər, minimum əməkhaqları, təqaüdlərin artımı təmin ediləcək. Həmçinin digər sosial normativlərin, o cümlədən ünvanlı sosial yardımın, yaşa, əlilliyə, ailə başçısının itirməyə və digər kateqoriyalar üzrə sosial müavinətlərin, eləcə də bir sıra təqaüd və s. sosial qruplar üzrə artım üçün maliyyə təminatı yaranacaq. Sosial müdafiə siyasəti dövlətin insan amilinə verdiyi dəyərin bariz göstəricisidir”.

Biz büdcə rəqəmlərini müzakirə edərkən, əslində, vətəndaşın gündəlik həyatına təsir edən qərarlar qəbul edirik.

Deputat vurğulayıb ki, 2026-cı il sosial siyasətdə dərinləşmə, ünvanlılıq və şəffaflıq ili olmalıdır: “Müasir dövrdə sosial rifahın əsas tərkib hissəsi həm də emosional və psixoloji sağlamlıqdır. Bu səbəbdən uşaqların emosional və psixoloji rifahına daha çox diqqət yetirilməlidir. Biz təkcə bilik verməklə kifayətlənməməliyik, hər bir uşağın psixoloji təhlükəsizliyini də təmin etməliyik. Belə ki, xüsusilə uşaqlarda autizm, diqqət çatışmazlığı, davranış pozuntuları kimi halların erkən aşkarlanması üçün məktəblərdə psixoloji xidmətlər genişləndirilməlidir. Xüsusilə rəqəmsallaşan dünyada, süni intellektin prioritet olduğu dövrdə yaranmış risklərin aradan qaldırılması baxımından da bu, vacibdir. Cənab Prezidentin bu günlərdə elm ictimaiyyəti qarşısında çıxışı zamanı söylədiyi kimi, Azərbaycanda süni intellektin həm inkişafı, həm də həyatda, iqtisadiyyatda, texnoloji inkişafda tətbiqi reallıqdır. Bu sahənin inkişafı dəqiq investisiya qərarları qəbul etməyə kömək edir. Amma paralel olaraq, süni intellektin, rəqəmsal platformaların düzgün tətbiqi də olduqca vacibdir. Belə ki, rəqəmsallaşmanın uşaqlara mümkün neqativ təsirlərini aradan qaldırmaq üçün müəllimlərin psixoloji hazırlığına diqqət yönəltməliyik. Çünki rəqəmsallaşma bir tərəfdən yeni biliklərə və ünsiyyət metodlarına çıxış təmin etsə də, digər tərəfdən diqqətin azalması, asılılıq, asosiallıq kimi risklər də yaradır. Bu halların qarşısını almaq üçün yüksək səviyyəli psixoloji hazırlıqlı pedaqoqlara ehtiyac var”.

Nigar Məmmədova qeyd edib ki, bu xüsusda 2026-cı ilin büdcəsində psixoloq hazırlığı, müəllimlər üçün psixoloji təlimlər və valideyn maarifləndirilməsi proqramları üçün ayrıca vəsaitin nəzərdə tutulması məqsədəmüvafiq olar.

Onun sözlərinə görə, qlobal sosial məsələyə çevrilən iqlim dəyişikliyi də bu gün aktualdır: “Belə ki, su qıtlığı, kənd təsərrüfatında risklər, hava çirklənməsi - bütün bunlar insan sağlamlığına və sosial sabitliyə təsir edir. Bu səbəbdən büdcədə “yaşıl məşğulluq”, ekoloji təhsil, bərpa olunan enerji sahəsində kadr hazırlığı üçün vəsaitin ayrılması həyati əhəmiyyət daşıyır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://apa.az
archiveBu xəbər 06 Noyabr 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see248

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see205

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see181

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see153

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see137

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see135

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see132

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see131

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see130

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see129

XVI turun 2 oyunu keçirilib

20 Dekabr 2025 21:50see127

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri