“Amnistiya təşəbbüsü böyük humanizm aktıdır,bu təşəbbüs bir daha təsdiq edir ki...“ Deputat
Icma.az bildirir, Moderator.az portalına istinadən.
"Azərbaycan Prezidenti İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. 20 mindən çox şəxsə şamil ediləcək amnistiya təşəbbüsü böyük humanizm aktıdır. Bu təşəbbüs bir daha təsdiq edir ki, Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu humanizm ənənələrini davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyaya keçirilən siyasətdə humanizm prinsipləri hər zaman əsas götürülür və hər bir vətəndaşımızın hüquqlarının yaxından qorunması bu siyasətin əsas məqsədlərindədir".
Bu sözləri Moderator.az-a açıqlamasında Millət vəkili Vüqar Bayramov deyib.
O qeyd edib ki, bu təşəbbüs on minlərlə məhbusa öz həyatını yenidən qurmağa, həyatında yeni səhifə açmağa imkan verəcək. Bu da ölkəmizin humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha təsdiq edir və xalq-iqtidar birliyini daha da möhkəmləndirir. Məhz Azərbaycan Konstitusiyasının qəbulunun 30, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının 5 illiyini qeyd etdiyimiz dövrdə belə humanitar addımın atılması humanizm siyasətinin yenə də davam etdiyinin göstəricisidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 15 Dekabr 2025 18:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















