Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Deputat Anar İsgəndərli uşaqlara səsləndi: Siz bu gün qalib ölkənin şagirdlərisiniz

Deputat Anar İsgəndərli uşaqlara səsləndi: Siz bu gün qalib ölkənin şagirdlərisiniz

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Dünənə qədər bizi neft-qaz tanıdırdı. 44 günlük müharibədən sonra dünya öyrəndi ki, insan öz Vətənini necə sevə bilər! Siz bu gün fəxr edəndə "Azərbaycan" şeiri ilə yox, Azərbaycan reallığı ilə fəxr edirsiniz".

Oxu.Az xəbər verir ki, bu sözləri "Kaspi" qəzetinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Kaspi" qəzeti ilə birgə reallaşdırdığı "Məktəbdə" layihəsinə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, tarix elmləri doktoru, professor Anar İsgəndərli deyib.

189-190 nömrəli tam orta məktəbdə baş tutan görüş Azərbaycan Xalq Cümhuriyyətinin 107-ci ildönümünə təsadüf edib.

Müstəqil və suveren dövlətin balaları

"Mən orta məktəbdə oxuyanda sual verirdilər ki, Vətənin haradır? Deyirdim ki, SSRİ. Sizə bu sual veriləndə Azərbaycan deyirsiniz. Mən tamam başqa bir himn oxuyurdum, siz isə bu gün öz Vətənimizin himnini oxuduğunuz üçün xoşbəxtsiniz. Xoşbəxtsiniz ki, üçrəngli bayrağımız hər birinizin ürəyindədir və deyirsiniz ki, "Bir kərə yüksələn bayraq bir daha enməz!"

"Siz müstəqil və suveren bir dövlətin gözəl və şirin balalarısınız", - deyə millət vəkili auditoriyaya səslənib: "Dünyada 8 mindən artıq xalq və etnik qrup var. Onlardan cəmi 200-ə qədərinin müstəqil dövləti var. Həmin 200 dövlət içərisində Azərbaycan da var. Siz o müstəqil dövlətin vətəndaşısınız. Babalarımız bu müstəqil dövləti və suverenliyi əldə eləmək üçün mübarizə aparıblar. Biz millət olaraq yüksəkdə duran xalqıq. 44 günlük müharibə bunu bir daha dünyaya göstərdi. Bu torpaq üçün şəhid olanlarımız var.

Onlar da dünən bu partada oturanlar idi. Onlar da elə qabaqda oturan şagird yoldaşının köynəyini yazan idi, partanı cızan idi. Dünən şagird idilər, sonra tələbə oldular. Qələmi yerə qoydular, süngünü götürdülər və qalib gəldilər. Siz onların ideyalarını uğurla davam etdirən şagirdlərsiniz".

"Gələcək sizin əlinizdədir!"

Millət vəkili gəncliyi yüksək dəyərləndirdiyini bildirib: "Gənc yaşlarında sambo üzrə Azərbaycan çempionu idim. Heç kimdən qorxmurdum. İndi gənclərin yanından keçəndə "birdən biri itələyər", - deyə düşünürəm. Gənclik başqa şeydir. Bu torpağı gənclik xilas etdi. Dağlarda, dərələrdə qəhrəmanlıq göstərdi. Gəncliyin elədiyini heç kim edə bilməz. Gənclik haqqında "20 il bundan qabaq yaxşı idi", - demək yanlışdır. 19-cu əsr 20-ci əsrdən heç vaxt irəli gedən əsr ola bilməz. Bu gün Azərbaycan gəncliyi hamıya dedi ki, mən qəhrəmanam. Ali Baş Komandan əmri verib, mən yerinə yetirmişəm. Dünyada bütün siyasi hadisələrə təsir edən gənclikdir. Siz müstəqil Azərbaycanın fidanlarısınız. Gələcək sizin əlinizdədir!"

Tarixçi alim tədris və tədqiq etdiyi elm sahəsini xarakterizə edib: "25 ildən artıqdır ki, Bakı Dövlət Universitetində kafedra müdiriyəm. 1918-20-ci illərdə azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı ilk dəfə mən tədqiq etdim. Nələrin şahidi oldum? Bir daha gördüm ki, ermənilər nələr törədiblər. Göz yaşı tökməmək üçün "nə etməli?" sualına cavab axtardım. Tarix elminin digər elmlərdən bir üstünlüyü var - tarix ibrətdir. Əgər 1905-1906-cı illərdə bilsəydik ki, erməni bizi niyə qırır, onda 1918-1920-ci illər olmayacaqdı. O illərdə bilsəydik, onda gərək 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində 20 faiz torpaqlarımız işğal olmayaydı. Nə üçün oldu? Çünki unutduq. O xalq ki, unudur, onun faciələri çox olur".

Coğrafi məfhumdan siyasi məfhuma

Tarixçi alim Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi islahatlara toxunaraq qeyd edib ki, cəmi 23 ay yaşayan dövlət 350 ilkə imza atıb: "Müsəlman Şərqində ilk cümhuriyyət coğrafi məfhum olan Azərbaycan ifadəsini siyasi məfhuma çevirdi. Dövlət Albaniya, Şəddadi, Rəvvadi, Səfəvi, Qaraqoyunlu yox, Azərbaycan adlandı. Bakı tarixində ilk dəfə bütün Azərbaycanın paytaxtı oldu. Azərbaycan Parlamentini yaratdı. 1919-cu ilin iyulunda ilk dəfə Azərbaycan Parlamenti kişi və qadın bərabərliyini elan etdi. Dinindən, irqindən, cinsindən asılı olmayaraq parlamentdə hamıya yer verdik. İlk universitet, ilk hərbi məktəbin yaradılması, xaricə oxumağa 100 tələbənin göndərilməsi - bunlar hamısı cümhuriyyətin uğurlarıdır. 40 minlik bir ordu yaradıldı. 23 ay ərzində bundan artıq nə etmək olardı? Təəssüf ki, 1920-ci ilin aprel işğalı hər şeyi yarımçıq qoydu!"

Millət vəkili Azərbaycanın bu gün dünyada tanınmasına da diqqət çəkdi: "Dünənə qədər bizi neft-qaz tanıdırdı. 44 günlük müharibədən sonra dünya öyrəndi ki, insan öz Vətənini necə sevə bilər! Siz bu gün fəxr edəndə "Azərbaycan" şeiri ilə yox, Azərbaycan reallığı ilə fəxr edirsiniz. Bizim əsgər torpaqlarımızı işğaldan azad etdi. Bizim də adımız qaliblərin sırasına düşdü. Siz bu gün qalib ölkənin şagirdlərisiniz. Bu gün bayrağımız bayraqlar içərisində seçilir".

Millət vəkili ulu öndər Heydər Əliyevi böyük şəxsiyyət kimi xatırladı: "Ulu öndər gəncləri SSRİ-nin hər yerinə oxumağa göndərirdi. Yeni ali məktəblər yaradırdı. Heydər Əliyev yeganə türk müsəlmandır ki, SSRİ adlı nəhəng dövləti idarə edib. 1991-ci ildə biz dövlət müstəqilliyimizi bərpa etdik, amma onun şirinliyini dada bilmədik. Torpaqlarımızın 20 faizi işğal olundu. Bir milyon qaçqın, bir yandan da vətəndaş müharibəsi təhlükəsi. Bütün bunlar ölkəni süquta aparırdı. Nə yaxşı ki, Heydər Əliyev gəldi, ölkəni bu çətinliklərdən çıxardı".

"Valideynlərinizin, müəllimlərinizin qədrini bilin"

Tarixçi alim məktəblilərə tövsiyələrini də verdi: "İllər keçəcək, hər biriniz vəzifə sahibi olacaqsınız. Valideynlərinizin, müəllimlərinizin qədrini bilin. Bir-birinizə hörmətlə yanaşın. Azərbaycan bizim dövlətimizdir. Hamımız bu dövləti sevməliyik. Dininizə hörmətlə yanaşın. Dinimiz bizə halallığı, ədaləti, qəhrəmanlığı, şəxsiyyət olmağı öyrədir. Kamil vətəndaş kimi yetişin, ailə üçün şərəfli övlad olun".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 İyun 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see204

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see159

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see147

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri