Deputat Asif Əsgərov Vətən Müharibəsi Qəhrəmanının ailəsinə baş çəkdi FOTOLAR
Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
112 saylı Zaqatala seçki dairəsi üzrə Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayon Lahıc kəndində Vətən Müharibəsi Qəhrəmanı, şəhid Səmədov İsmayılın atasının və Əliabad qəsəbəsində şəhid İrapov İsmayılın anası və bacısının səhhətlərində yaranan problemlər ilə əlaqədar şəhid ailələrinə baş çəkib.
"Unikal" xəbər verir ki, daha sonra Asif Əsgərov növbəti vətəndaş qəbulunu Zaqatala rayon Yeni Suvagil kəndində keçirib.
Qəbul zamanı vətəndaşları narahat edən bəzi məsələlər müzakirə zamanı yerində həllini tapıb. Bundan başqa olunmuş müraciətlərə əsasən bir sıra aztəminatlı ailələrə ərzaq yardımı edilib. Araşdırılması tələb olunan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün qəbuldan sonra müvafiq tapşırıqlar verilib. Həmçinin millət vəkilinin səlahiyyətlərinə aid olan məsələlər həlli istiqamətində tədbirlərin görülməsi məqsədilə millət vəkili tərəfindən nəzarətə götürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 16 Noyabr 2024 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















