Icma.az
close
up
RU
Vətən Müharibəsi Qəhrəmanının doğum günüdür

Vətən Müharibəsi Qəhrəmanının doğum günüdür

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Vətən müharibəsində tarix yazan əbədiyaşar qəhrəmanlardan biri də Zaur Nuridəliyevdir. Zaur 1978-ci il sentyabrın 1-də Bakı şəhərində anadan olmuşdur. 

Uşaq yaşlarından atasını itirən Zaur Sabunçu rayonunun Zabrat qəsəbəsində 192 nömrəli tam orta məktəbində  1992-ci ilə qədər  təhsil almışdır. Müharibənin yeni-yeni alovlandığı 1992-ci ildə Zaur Nudirəliyev sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə vermişdir. 1995-ci ildə oradan məzun olan Zaur, həmin ildə  Türkiyə Ali Hərbi Hava Qüvvələri Məktəbinə qəbul olmuş, 2000-ci ildə "Təyyarəçi" ixtisası üzrə bitirmişdir. 2011-ci il noyabr ayının 2-dən 2013-cü il iyunun 24-nə qədər Almaniyanın Hürt şəhərində Alman dilinin öyrənilməsi məqsədi ilə General-Admirallar üçün Hərbi Liseydə təhsil davam etdirmişdir. 2015-ci ilin avqust ayından Kürdəmir aviabazasında Komandirin uçuş hazırlığı üzrə müavini və uçuşların planlaşdırılma bölməsinin rəisi vəzifəsində xidmət etmişdir.

Zaur Nudirəliyev 20 il davam edən xidməti ərzində müdafiə naziri tərəfindən "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü və "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalları ilə təltif edilmişdir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Hərbi Hava Qüvvələrinin Komandanlığı tərəfindən Vətən müharibəsində "Su-25" hücum təyyarələrində yeni üsullardan istifadə olunması tapşırığı verilmiş və bu iş Zaur Nudirəliyevə həvalə olunmuşdu. O, nişangah istifadə etmədən, riyazi üsullarla bombaların atılmasının yeni üsulunu icra etmiş, həmçinin "Su-25" hücum təyyarəsindən lazer güdümlü bombaların birinci atışını həyata keçirmişdi. Cəbrayıl-Füzuli və Ağdərə istiqamətlərində endirilən zərbələr nəticəsində Ermənistan Silahlı Qüvvələrinin dayaq məntəqələri, canlı qüvvələri, cəmləşmə yerləri məhv edilmiş, nəticədə Azərbaycan Ordusunun qurudan ciddi üstünlüyə sahib olması təmin olunmuşdur. Oktyabrın 4-də Zaur Nudirəliyevin idarə etdiyi "Su-25" hücum təyyarəsi verilən döyüş tapşırığının yerinə yetirilməsi üçün Cəbrayıl rayonu istiqamətində təyin olunmuş hədəfə yaxınlaşan zaman Komanda İdarəetmə Məntəqəsinə Ermənistan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının vasitələrinin hazır vəziyyətə gətirilməsi barədə məlumat daxil olmuşdur. Buna görə də təyyarənin vurulma ehtimalı yaranmışdır. Dərhal Zaur Nudirəliyevə geri qayıtmaq tapşırığı verilmişdir. Həmin vaxt Zaur  təyin olunmuş hədəfə zərbə endirib geri dönərkən idarə etdiyi "Su-25" hücum təyyarəsi Ermənistan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən vurulmuşdur. Ağır yaralanmasına baxmayaraq Zaur əsir düşməməsi üçün təyyarəni Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvəsinin cəmləşdiyi səngərə çırpmış və şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Prezident İlham Əliyevin 9 dekabr.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Nudirəliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Bakıdakı mərkəzi küçələrin birinə Zaur Nudirəliyevin adı verilmişdir. Zaurun iki övladı-Ömər və Pəri Vətənə əmanətdir.

Müşfiq MİRZƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Sentyabr 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri