Icma.az
close
up
RU
Deputat: Azərbaycan gəncləri beynəlxalq arenada ölkəmizi uğurla təmsil edirlər

Deputat: Azərbaycan gəncləri beynəlxalq arenada ölkəmizi uğurla təmsil edirlər

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 31 yanvar, AZƏRTAC

Azərbaycanda 2 Fevral – Gənclər Günü dövlət gənclər siyasətinin mühüm təzahürlərindən biri kimi xüsusi əhəmiyyət daşıyır. Bu əlamətdar günün təsis olunması Ulu Öndər Heydər Əliyevin gənclərə verdiyi yüksək dəyərin və onların cəmiyyətin inkişafında oynadığı rola göstərdiyi diqqətin bariz ifadəsidir. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildə fevralın 2-də ilk Gənclər Forumu keçirilib və həmin ildən etibarən bu gün rəsmi şəkildə Gənclər Günü kimi qeyd olunmağa başlanıb. Bu qərar Azərbaycanın gənclərə yönəlik strateji siyasətinin formalaşdırılmasında mühüm dönüş nöqtəsi olub. Gənclər Günü təkcə rəsmi bir bayram kimi deyil, eyni zamanda, gənclərin cəmiyyətdəki rolunu vurğulayan, onların potensialının reallaşdırılmasına dəstək olan mühüm bir hadisə kimi dəyərləndirilməlidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Asif Əsgərov 2 Fevral - Gənclər Gününə həsr olunan Könüllü Təşkilatların Dayanıqlı İnkişaf Forumunda çıxışı zamanı səsləndirib.

O qeyd edib ki, Ulu Öndərin müəyyən etdiyi dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Gənclərin intellektual və sosial inkişafına yönəlmiş müxtəlif proqramlar, innovativ layihələr, təhsil və məşğulluq sahəsində geniş imkanlar yaradılaraq onların ölkənin inkişaf prosesinə daha fəal şəkildə inteqrasiyası təmin edilir. Azərbaycan gəncləri bu gün ölkənin iqtisadi, sosial və mədəni inkişafında mühüm rol oynayır, beynəlxalq arenada ölkəmizi uğurla təmsil edirlər. Onların intellektual potensialının, yaradıcılıq qabiliyyətlərinin və vətənpərvərlik ruhunun inkişaf etdirilməsi üçün yaradılan münbit şərait gələcək nəsillərin daha da uğurlu və parlaq gələcəyə sahib olmasına zəmin yaradır”.

A.Əsgərov diqqətə çatdırıb ki, bu günün qeyd olunması gənclərin potensialının üzə çıxarılması və onların cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi istiqamətində görülən işlərin davamlı olmasının vacibliyini bir daha nümayiş etdirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Yanvar 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see211

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see191

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see161

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see160

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see153

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see145

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see145

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see140

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see140

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri