BMU tələbələri beynəlxalq çempionatda ölkəmizi uğurla təmsil ediblər
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 3 iyun, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin (BMU) bakalavriat səviyyəsi üzrə ekologiya mühəndisliyi ixtisasının I kurs tələbəsi Saleh Quluzadə və magistratura səviyyəsi üzrə memarlıq mühitinin dizaynı ixtisasının I kurs tələbəsi Şahin Cəlilov Nijni Novqorod şəhərində keçirilən beynəlxalq “Professionals” bacarıqlar çempionatında ölkəmizi uğurla təmsil ediblər.
Universitetdən AZƏRTAC-a bildirilib ki, gənclərin professional texnoloji bacarıqlarının nümayiş etdirilməsi məqsədilə keçirilən və müxtəlif ölkələrin komandalarının qatıldığı çempionatda BMU tələbələri - Saleh Quluzadə beynəlxalq iştirakçı, Şahin Cəlilov beynəlxalq ekspert-mentor qismində müvəffəqiyyətlə çıxış ediblər.
Yarışın sonunda Saleh Quluzadə virtual və artırılmış reallığın hazırlanması üzrə beynəlxalq iştirakçı, komanda kateqoriyasında I, beynəlxalq kateqoriyada isə II yeri qazanıb.
Qeyd edək ki, Rusiya Federasiyasının Təhsil Nazirliyi tərəfindən təşkil olunan çempionatda BMU tələbələrinə mentorluq dəstəyi “SUMbuilders” MMC tərəfindən verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 03 İyun 2025 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















