Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

ChatGPT də problem yarandı

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Deputat: “Azərbaycan xalqı ermənilərin Xocalıda törətdiklərinin qisasını alıb”

Deputat: “Azərbaycan xalqı ermənilərin Xocalıda törətdiklərinin qisasını alıb”

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bu gün ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımından 33 il ötür. Baxmayaraq ki, bu faciənin üzərindən illər keçib, bu dəhşətli hadisə hər birimizin yaddaşına əbədi həkk olunub”.
Bu sözləri Xocalı faciəsinin 33-cü il dönümü ilə bağlı Demokrat.az-a danışarkən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib. 
Deputat deyib ki, öz miqyasına görə tarixdə analoqu olmayan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri qəddarlıqda heç də faşistlərdən geri qalmadıqlarını bir daha təsdiqlədilər:
“Həmin gün erməni silahlı birləşmələri faşistlərdən də qəddar olduqlarını açıq şəkildə dünyaya nümayiş etdirdilər.
1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə Xocalıya hücum edərək azərbaycanlılara qarşı soyqırımı aktını törətdilər.
Bütün beynəlxalq hüquq normalarına zidd olan bu hərəkət nəticəsində dinc sakinlərə amansızcasına divan tutuldu, şəhər darmadağın edildi. 613 soydaşımız qətlə yetirildi, onların cansız bədənləri üzərində təhqiredici hərəkətlərə yol verildi. Eyni zamanda, bir neçə ailə tamamilə məhv edildi, yüzlərlə dinc sakin ağır yaralandı, minlərlə insan girov götürüldü. Azərbaycan xalqı bu insanlıq cinayətini heç zaman unutmayacaq.
Xocalı faciəsi əsl siyasi və hüquqi qiymətini Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra aldı. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul etdi. O dövrdən başlayaraq dünya azərbaycanlıları soyqırımın bütün dünyada tanıdılması istiqamətində fəallığa çağırıldı. Dünya bu acı həqiqəti bilməli və insanlığa qarşı törədilən bu fakt öz hüquqi qiymətini almalıdır. Xocalı şəhərində törədilmiş cinayətlərin xarakteri və miqyası bu soyqırım aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada ifadə olunmuş definisiyaya tam uyğun gəldiyini sübut edir. Qabaqcadan planlaşdırılmış kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayan insanları məhz milli mənsubiyyətlərinə görə tamamilə məhv etmək niyyəti ilə törədilib.Ermənilər həm birinci Qarabağ həm də ikinci Qarabağ savaşı dönəmində Azərbaycan xalqına qarşı böyük vəhşilik - vandalizm aktları törədiblər. Eyni cinayətlər 1905 və 1918-ci illərdə də ermənilər tərəfindən xalqımıza qarşı törədilmişdir. Xocalı faciəsi erməni vəhşiliyinin ən bariz nümunələrindəndir. Vəhşilik, qətl, xəyanət, soyqırımı törətmək bu millətin genindədir.
Bu bir reallıqdır ki, bu millətin adlandırdığı bütün “milli qəhrəmanları” hamısı cinayətkar və uşaq qatilləridir. Bu xalqın başına gələn bütün müsibətlərin kökündə şovinist ideologiya durur. Uşaq dünyaya gəldiyi gündən ona digər xalqlara qarşı düşmənçilik təbliğ olunur, Azərbaycana qarşı nifrət və düşmənçilik hissi ilə böyüyən nəsil yetişdirilir.
Birmənalı olaraq müharibə dövründə törədilən bütün cinayətlərə görə Ermənistanın o dövrdə hakimiyyətdə olan bütün siyasi və hərbi rəhbərləri hərbi tribunal qarşısında cavab verməlidirlər. Çünki onlar işğal altında olan bütün əraziləri vəhşicəsinə dağıdıblar, bu yerlərin sakinlərinə qarşı vəhşilik, soyqırımı törədiblər. Bu əməllər cəzasız qalmamalıdır.
Bu həm də o baxımdan xüsusi əhəmiyyət daşıyır ki, ermənilər yadda saxlasınlar ki, onlar əvvəlkilərdən fərqli olaraq bu dəfə törətdikləri cinayətlərə görə cəzasız qalmadılar. Növbəti dəfə bu kimi cinayətləri törətməkdən çəkinsinlər. Ermənistanın bu günə kimi eyni cinayətlərə davam etməsinin əsas səbəblərindən biri cəzasızlıqdır”.
Deputat qeyd edib ki, əgər Ermənistan vaxtında cəzalandırılsa və ona sanksiyalar tətbiq edilsə idi bu qədər irəli gedərək yeni cinayətlər törətməyə çalışmazdı:
“Cəzasızlıq Ermənistanda arxayınlıq yaratmışdı. Düşünürdülər ki, hər zaman belə olacaq. Ancaq Azərbaycanın dəmir yumruğu bu dəfə çox möhkəm oldu. Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı.
Əgər onlar yenə eyni əməlləri törətməyə cəhd etsələr, yenə də Azərbaycanın sərt yumruğu ilə qarşılaşacaqlar. 
Onu da qeyd edək ki, Ermənistan bu kimi əməllərlə Azərbaycan xalqının gözünü qorxutmağa, onun döyüş əzmini qırmağa çalışırdı. Ancaq əksinə oldu. Azərbaycan xalqı bu cinayətləri, eləcə də torpaqlarının işğal altında qalması ilə barışmayacağını döyüş meydanında sübut etdi, ermənilərin Xocalıda törətdiklərinin qisasını aldı, şanlı tarix yazdı.
Bu gün “Xocalıya ədalət!” dünyanı gəzir, beynəlxalq kürsülərdən insanları haqsızlığa, zülmə və zülmkarlığa, terrorçuluğa qarşı mübarizəyə çağırır. Məqsəd Xocalı faciəsinin əsl mahiyyətini, cinayətkarları və onların havadarlarını dünyaya bəyan etmək, ikili standart mövqeyində dayanmış ayrı-ayrı dövlətləri, bəzi beynəlxalq təşkilatları haqqın səsinə səs verməyə çağırmaqdır. 
Həmçinin, beynəlxalq qurumların bu faciə ilə əlaqədar və eləcə də insan hüquqları və azadlıqları haqqında qəbul edilmiş qərarlarına, müraciətlərinə hörmətlə yanaşmağa çağırmaq, həm beynəlxalq hüquq normaları çərçivəsində, həm də əxlaqlı, saf siyasi yanaşma yolu ilə Xocalı faciəsinə hüquqi və siyasi qiymət vermək istəyidir.
“Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı və müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 
100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir. Faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yönəlmiş bu kampaniya dünyanın bir çox ölkələrində uğurla həyata keçirilir. Bu kampaniyanın nəticəsi olaraq İslam Əməkdaşlıq Təşkilatı ermənilərin Xocalıda törətdiyi mənfur əməlləri “insanlığa qarşı kütləvi cinayət” kimi tanıyıb və üzv dövlətləri bu faciəyə lazımi siyasi-hüquqi qiymət verməyə çağırıb.
Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. Azərbaycan xalqı bu cinayəti heç zaman unutmayacaq.    
Bu faciənin qurbanı olmuş günahsız insanları dərin hörmət və ehtiramla yad edir, Allahdan sonsuz rəhmət diləyirik”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 Fevral 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see223

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see200

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see183

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see182

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see169

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see168

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see166

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see153

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see150

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see148

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see147

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see142

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see126

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see125

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri