Icma.az
close
up
RU
Deputat: Azərbaycan qlobal nizamın fəal aktorlarındandır”

Deputat: Azərbaycan qlobal nizamın fəal aktorlarındandır”

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"ADA universitetində cənab Prezident İlham Əliyevin iştirakı ilə keçirilən "Yeni dünya nizamına doğru" adlı forum Azərbaycanın yeni qlobal nizamın formalaşmasındakı rolu haqqında aydın təsəvvür yaradır".

Bu sözləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı "Cebheinfo.az"-a açıqlamasında deyib.

O bildirib ki, forum siyasətçiləri, diplomatlar, strateqlər və akademikləri bir araya gətirməklə dünyada baş verən dəyişikliklərin müzakirə olduğu əhəmiyyətli bir platformadır:

"Heç kimə sirr deyil ki, XX əsrin ortalarından, daha dəqiq qeyd etsək məşhur Yalta konfransından sonra qurulan mexanizmlər artıq öz effektivliyini itirib. Beynəlxalq təşkilatlar münaqişələrin qarşısının alınması və münaqişə zonalarına fəal müdaxilə imkanlarını tamamilə itirmiş vəziyyətdədir. Ənənəvi universal qayda anlayışı artıq işləmir.Hər bir ölkə öz modelini axtarır və təhlükəsizlik nizamını formalaşdırmağa çalışır. Belə olduğu təqdirdə yeni beynəlxalq münasibətlər sisteminin formalaşması zərurətdir".

Millət vəkili diqqətə çatdırıb ki, Azərbaycan qlobal nizamın fəal aktorlarından biri olaraq hər ötən gün öz imkanlarını genişləndirməkdədir:

"Ölkəmiz Cənubi Qafqazın lider dövləti kimi regionun siyasi, iqtisadi və hərbi konfiqurasiyasını formalaşdırmaqla yanaşı, olduqca mürəkkəb bir coğrafiyada sülh və təhlükəsizliyə mühüm töhfələr verir. Dövlət rəhbərimizin tədbir çərçivəsində səsləndirdiyi fikirlər bölgə ölkələri ilə yanaşı, beynəlxalq ictimaiyyətə ünvanlanmış ciddi mesajlar idi".

Günay Ağamalı vurğulayıb ki, Ermənistanla normallaşma prosesindən danışan cənab Prezident İlham Əliyev mötəbər tədbirdən bir daha rəsmi İrəvan qarşısında irəli sürdüyümüz şərtləri təkrar etdi:

"Çünki Ermənistan rəsmiləri bir müddət əvvəl spikuliativ gedişlərlə dünya ictimaiyyətinin diqqətini yayındırmaq cəhdləri etdilər.Lakin onların əsassız və kompromisdən uzaq davranışları regionda sülhə və təhlükəsizlə ən böyük əngəldir".

Elmir Mustafa 
"Cebheinfo.az"

Açar sözlər: Deputat millət vəkili Günay Ağamalı Azərbaycan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Aprel 2025 20:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see393

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see380

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see377

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see372

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see371

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see351

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see350

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see334

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see331

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see330

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see313

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see311

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see306

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see295

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see282

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see265

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see228

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see217

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri