Icma.az
close
up
RU
Azərbaycan qlobal parlamentarizmdə rolunu gücləndirir DEPUTAT

Azərbaycan qlobal parlamentarizmdə rolunu gücləndirir DEPUTAT

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin İcraiyyə Şurasının yaradılması ilə bağlı qəbul olunmuş qərar ölkəmiz üçün mühüm siyasi və diplomatik hadisədir".

Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

Onun sözlərinə görə, bu qərar Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 5-ci Konfransı çərçivəsində qəbul olunmuş və 50-yə yaxın ölkənin nümayəndələrinin iştirakı ilə təsdiqlənmişdir: "Qoşulmama Hərəkatı bu gün BMT Baş Assambleyasından sonra dünyanın ən böyük beynəlxalq platformalarından biri hesab olunur. Xüsusilə Azərbaycanın bu quruma sədrliyi dövründə təşkilat özünün ən fəal və effektiv mərhələsini yaşamışdır. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Qoşulmama Hərəkatına yeni dinamika qazandırmış və onun beynəlxalq nüfuzunu daha da artırmışdır.

Bu təşkilatın əsas üstünlüyü ondan ibarətdir ki, o, hər hansı hərbi-siyasi blokdan kənarda dayanaraq müstəqil dövlətlərin milli maraqlarını ifadə edir, neokolonializmə, işğala və müharibələrə qarşı vahid platforma kimi çıxış edir. Azərbaycanın Qarabağ məsələsində əldə etdiyi beynəlxalq dəstəkdə də bu platformanın xüsusi rolu olmuşdur.

Bakıda Parlament Şəbəkəsinin İcraiyyə Şurasının yaradılması onu göstərir ki, Azərbaycan Qoşulmama Hərəkatında fəal iştirakını sədrliyi başa çatdıqdan sonra da davam etdirir. Bu dəfə bu fəaliyyət parlament diplomatiyası müstəvisində yeni mərhələyə qədəm qoyur.

Azərbaycan parlamenti beynəlxalq platformalarda kifayət qədər fəal təmsil olunur və bu yeni institut ölkəmizə qlobal parlamentarizmə daha ciddi təsir imkanları yaradacaq. Eyni zamanda, bu platforma vasitəsilə sülh, əməkdaşlıq və qarşılıqlı anlayış kimi prinsiplərin təşviqi daha geniş miqyas alacaq.

Müasir dövrdə dünyada artan münaqişələr və geosiyasi gərginliklər fonunda belə bir təşəbbüsün məhz Bakıda reallaşdırılması Azərbaycanın qlobal əməkdaşlığa verdiyi önəmin bariz nümunəsidir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Aprel 2026 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see321

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see321

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see319

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see259

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see253

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see252

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see249

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see245

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see245

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see232

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see212

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see207

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see207

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see204

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see202

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri