Icma.az
close
up
RU
Terrorizmə qarşı mübarizədə Azərbaycanın mövqeyi nədir ? DEPUTAT DANIŞDI

Terrorizmə qarşı mübarizədə Azərbaycanın mövqeyi nədir ? DEPUTAT DANIŞDI

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünyada son illərdə terror aktlarının artması qlobal təhlükəsizlik üçün ciddi problemə çevrilib. Müxtəlif regionlarda baş verən bu hücumlar insanların həyatına, cəmiyyətlərin sabitliyinə və dövlətlərarası münasibətlərə mənfi təsir göstərir. Terrorun yayılmasına siyasi münaqişələr, sosial bərabərsizlik, radikallaşma və informasiya texnologiyalarından sui-istifadə kimi amillər təsir edir. Bu təhlükənin qarşısının alınması üçün beynəlxalq əməkdaşlıq, maarifləndirmə və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi vacibdir.Məsələ ilə bağlı millət vəkili Günay Ağamalı SİA-ya fikirlərini bölüşüb:“Terror anlayışı ilkin olaraq hər kəsdə eyni fikir və düşüncə formalaşdırsa da, mahiyyət etibarilə onun fərqli maraqları və xarakteristikası olur. Bəzi hallarda heç bir siyasi ambisiyası və ya siyasi mövqeyi olmayan, lakin anlaqsız durumda olan şəxslərin müxtəlif hadisələr və qətllər törətdiyinin şahidi olmuşuq. Bu psixoloji aspektdən olan məsələ olduğu üçün buna yanaşmalar da müxtəlif ola bilər. Terror təşkilatları isə sırf ayrı-ayrı dairələrin və ya ölkələrin geosiyasi ambisiyalarına xidmət etmək məqsədilə əksər hallarda həmin dövlətlərin kəşfiyyat orqanlarının vasitəsilə yaradılan silahlı qruplaşmalardır. Ölkəmiz və qardaş Türkiyə uzun müddət məhz "ASALA" terror təşkilatının hücumlarına məruz qalmış və həmin hücumlar nəticəsində itkilər yaşamışdır. Təbii ki, terorizmə qarşı beynəlxalq müstəvidə mübarizə metodları var və onlar müxtəlifliyi ilə seçilir. Yəni, ya lokal şəkildə başqa dövlətlərin ərazisində hərbi əməliyyatlar keçirilir və yaxud daxildə hər hansı təmizlənmə prosesi reallaşdırılır.Terrorizmə qarşı mübarizədə Azərbaycanın mövqeyi və yanaşmaları bəllidir. Biz terroru rədd edirik. Bu istiqamətdə ardıcıl və prinsipial mövqe nümayiş etdirən ölkələrdənik. Dövlətimiz beynəlxalq antiterror təşəbbüslərində fəal iştirak edir, regional və qlobal təhlükəsizliyə töhfə verir. Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət göstərir ki, təhlükəsizlik, sabitlik və insan həyatının qorunması dövlətimizin siyasətinin əsas prioritetlərindəndir”.

Günay Hacıyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Dekabr 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri