Icma.az
close
up
RU
Deputat: Baydenin oğlu ilə bağlı qərarı amerikasayağı demokratiyanın növbəti təzahürüdür

Deputat: Baydenin oğlu ilə bağlı qərarı amerikasayağı demokratiyanın növbəti təzahürüdür

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Bu gün ölkə və dünya mətbuatında müzakirə olunan aktual məsələlərdən biri də ABŞ Prezidenti Cozef Baydenin oğlunun əfv edilməsi ilə bağlı qəbul etdiyi qərardır. Hazırkı ABŞ Administrasiyasının bu addımı birmənalı qarşılanmır və çoxsaylı sualların yaranmasına səbəb olur. Demokratik dəyərlərin kobud şəkildə pozulması kimi dəyərləndirilən bu addım Baydenin hakimiyyətinin bu və ya digər ölkələrə “demokratiya dərsi”ni hansı prinsiplərə söykənərək keçdiyi barədə aydın təsəvvür yaradır. Dövlət maraqlarını öz şəxsi maraqlarına qurban verən,  ədalət meyarının tətbiqi üçün  vahid mexanizmin olmamasını açıq şəkildə təsdiqləyən bu qərar “öz gözündə tiri görməyib başqasında çöp axtarmaq”, həmçinin “məndən ötsün, kimə dəyir-dəysin”  kimi  deyimlərin reallıqda təsdiqidir.

Bakıvaxtı.az xəbər verir ki, buy fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ABŞ kimi bir dövlətin liderinin demokratik prinsiplərə, hüquqa belə ədalətsiz və hörmətsiz yanaşma  nümayiş etdirməsi  dünya ictimaiyyəti tərəfindən də sonsuz hiddətlə qarşılanır:

"Silah alışı məsələsində təqsirli bilinən və dekabrda həbsi nəzərdə tutulan  Hunter Bayden atası tərəfindən  əfv edilməklə  sonrakı addımlarına sanki bir  dəstək qazanmış olur.  O da məlumdur ki, keçən ay Ağ Evin hazırkı sahibi oğlunu əfv etmək niyyətinin olmadığına dair açıqlama vermişdi. Sözlə əməli  vəhdət təşkil etməyən, qanunlara qarşı açıq hörmətsizlik göstərən ABŞ Prezidenti hazırda ictimai qınaqla üz-üzədir.  Qeyd edək ki, Hunter Bayden 2018-ci ildə narkotik maddənin təsiri altında odlu silah alması ilə bağlı üç ağır maddə üzrə təqsirli bilinib. O, həmçinin vergidən yayınma ilə bağlı irəli sürülmüş 9 ittiham üzrə məhkəmədə təqsirli olduğunu etiraf edib. Prezidentin oğlunu vergi ittihamı üzrə maksimum 17 il həbs cəzası və 1,35 milyon dollara qədər cərimə, silah alışına görə 25 ilə kimi azadlıqdan məhrumetmə cəzası və 750 min dollar cərimə gözləyirdi. Silah alışı ittihamı üzrə onun həbsi dekabrın 13-nə, vergi məsələsi ilə bağlı isə dekabrın 16-na nəzərdə tutulmuşdu".

Millət vəkili qeyd edib ki,  Baydenin prezident səlahiyyətlərindən sui-istifadə edərək oğlunu  əfv etməsinə ilk münasibət bildirənlərdən biri də ABŞ-ın 47-ci prezidenti seçilən Donald Tramp oldu. O, bu hadisəni Baydenin vəzifəsindən sui-istifadə etməsi və məhkəməyə hörmətsizlik kimi qiymətləndirdi. Tramp sosial şəbəkəsində etdiyi paylaşımında bu dəyərləndirmənin ardınca belə bir  sual da ünvanladı ki,  Co Hunterə verilən əfv uzun illər həbsdə olan 6 yanvar girovlarına da şamil edilirmi? Tramp “6 yanvar girovları” ifadəsi ilə 2021-ci il Kapitoli basqınında iştirak etdikləri üçün məhkum edilən şəxsləri nəzərdə tutur.

Vüqar Rəhimzadə vurğulayıb ki, vaxtilə tüfeyli həyat tərzinə görə dəfələrlə qınaq hədəfində olan Baydenin səlahiyyətlərindən sui-istifadə edərək narkoman, cinayətkar, əxlaqsız oğlunu əfv etməsi bu mənada başa düşüləndir. Bu, amerikasayağı demokratiyadır. Digər ölkələrə qanunun aliliyindən dərs keçməyə çalışan Bayden administrasiyası ən ali səviyyədə belə qanunsuzluqlar törədir. Amerikasayağı demokratiyanın prinsipləri zamana və məkana görə dəyişir:

"Demokratiyanın əsas prinsipləri qanunun aliliyinin və sabitliyin təmin olunmasıdır. Əslində, məhkəmə-hüquq sisteminə hörmətsizliyi ilə diqqətdə olan Baydendən demokratik addım gözləmək sadəlövhlük olar. Bayden administrasiyasının “demokratiya”dan özünün qlobal strategiyasını, geosiyasi addımlarını reallaşdırmaq üçün alət kimi istifadə etməyə çalışması özlüyündə demokratik dəyərlərə ən böyük zərbədir. Demokratiya hər hansı bir ölkənin patenti deyil, o, bəşəriyyətin ortaq dəyəridir. Demokratik prinsiplərin tətbiqində vahid mexanizmin bugünədək müəyyənləşdirilməməsi daim problemlərin yaşanmasına, etimad mühitinin sıfıra enməsinə gətirib çıxarar. ABŞ-ın hazırkı administrasiyasının guya demokratiya naminə keçirdiyi sammitlər də daim tənqid atəşinə məruz qalır. Bu reallıq da xüsusi vurğulanır ki, Bayden administrasiyasının təqdim etdiyi demokratiya modeli  bu ölkənin xarici siyasətinə,  hazırkı beynəlxalq siyasi reallıqlara uyğun gəlmir".

Millət vəkili bildirib ki, Bayden hökumətinin demokratiyanın əsas elementlərindən olan məhkəmə sisteminin qərarlarına belə hörmətsiz yanaşması təəccüb doğurmur. Onun təşkilatçılığı ilə keçirilən saxta demokratiyaya dəstək sammitləri bu hökumətin demokratik islahatlarının əsasında  hansı məqsədlərin dayandığının aydın ifadəsidir. Qeyd edək ki, həmin sammitlərdə Ermənistanın dəvət edilənlər sırasında olması  Baydenin demokratik prinsiplərə hansı prizmadan yanaşdığını açıqlamışdı.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Dekabr 2024 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see189

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see167

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see158

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see154

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see144

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see141

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see140

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see137

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see137

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see135

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see134

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see133

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see130

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see129

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see128

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see128

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see126

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see124

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see124

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri