Icma.az
close
up
RU
“Bu, amerikasayağı demokratiyanın növbəti təzahürüdür”

“Bu, amerikasayağı demokratiyanın növbəti təzahürüdür”

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Bu gün ölkə və dünya mətbuatında müzakirə olunan aktual məsələlərdən biri də ABŞ Prezidenti Cozef Baydenin oğlunun əfv edilməsi ilə bağlı qəbul etdiyi qərardır. Hazırkı ABŞ Administrasiyasının bu addımı birmənalı qarşılanmır və çoxsaylı sualların yaranmasına səbəb olur. Demokratik dəyərlərin kobud şəkildə pozulması kimi dəyərləndirilən bu addım Baydenin hakimiyyətinin bu və ya digər ölkələrə “demokratiya dərsi”ni hansı prinsiplərə söykənərək keçdiyi barədə aydın təsəvvür yaradır. Dövlət maraqlarını öz şəxsi maraqlarına qurban verən, ədalət meyarının tətbiqi üçün vahid mexanizmin olmamasını açıq şəkildə təsdiqləyən bu qərar “öz gözündə tiri görməyib başqasında çöp axtarmaq”, həmçinin “məndən ötsün, kimə dəyir-dəysin” kimi deyimlərin reallıqda təsdiqidir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, ABŞ kimi bir dövlətin liderinin demokratik prinsiplərə, hüquqa belə ədalətsiz və hörmətsiz yanaşma nümayiş etdirməsi dünya ictimaiyyəti tərəfindən də sonsuz hiddətlə qarşılanır:

“Silah alışı məsələsində təqsirli bilinən və dekabrda həbsi nəzərdə tutulan Hunter Bayden atası tərəfindən  əfv edilməklə  sonrakı addımlarına sanki bir  dəstək qazanmış olur. O da məlumdur ki, keçən ay Ağ Evin hazırkı sahibi oğlunu əfv etmək niyyətinin olmadığına dair açıqlama vermişdi. Sözlə əməli vəhdət təşkil etməyən, qanunlara qarşı açıq hörmətsizlik göstərən ABŞ Prezidenti hazırda ictimai qınaqla üz-üzədir. Qeyd edək ki, Hunter Bayden 2018-ci ildə narkotik maddənin təsiri altında odlu silah alması ilə bağlı üç ağır maddə üzrə təqsirli bilinib. O, həmçinin vergidən yayınma ilə bağlı irəli sürülmüş 9 ittiham üzrə məhkəmədə təqsirli olduğunu etiraf edib. Prezidentin oğlunu vergi ittihamı üzrə maksimum 17 il həbs cəzası və 1,35 milyon dollara qədər cərimə, silah alışına görə 25 ilə kimi azadlıqdan məhrumetmə cəzası və 750 min dollar cərimə gözləyirdi. Silah alışı ittihamı üzrə onun həbsi dekabrın 13-nə, vergi məsələsi ilə bağlı isə dekabrın 16-na nəzərdə tutulmuşdu.

Baydenin prezident səlahiyyətlərindən sui-istifadə edərək oğlunu əfv etməsinə ilk münasibət bildirənlərdən biri də ABŞ-nin 47-ci prezidenti seçilən Donald Tramp oldu. O, bu hadisəni Baydenin vəzifəsindən sui-istifadə etməsi və məhkəməyə hörmətsizlik kimi qiymətləndirdi. Tramp sosial şəbəkəsində etdiyi paylaşımında bu dəyərləndirmənin ardınca belə bir sual da ünvanladı ki, nCo Hunterə verilən əfv uzun illər həbsdə olan 6 yanvar girovlarına da şamil edilirmi? Tramp “6 yanvar girovları” ifadəsi ilə 2021-ci il Kapitoli basqınında iştirak etdikləri üçün məhkum edilən şəxsləri nəzərdə tutur”.

Vüqar Rəhimzadə vurğulayıb ki, vaxtilə tüfeyli həyat tərzinə görə dəfələrlə qınaq hədəfində olan Baydenin səlahiyyətlərindən sui-istifadə edərək narkoman, cinayətkar, əxlaqsız oğlunu əfv etməsi bu mənada başa düşüləndir. Bu, amerikasayağı demokratiyadır. Digər ölkələrə qanunun aliliyindən dərs keçməyə çalışan Bayden administrasiyası ən ali səviyyədə belə qanunsuzluqlar törədir. Amerikasayağı demokratiyanın prinsipləri zamana və məkana görə dəyişir. Demokratiyanın əsas prinsipləri qanunun aliliyinin və sabitliyin təmin olunmasıdır. Əslində, məhkəmə-hüquq sisteminə hörmətsizliyi ilə diqqətdə olan Baydendən demokratik addım gözləmək sadəlövhlük olar. Bayden administrasiyasının “demokratiya”dan özünün qlobal strategiyasını, geosiyasi addımlarını reallaşdırmaq üçün alət kimi istifadə etməyə çalışması özlüyündə demokratik dəyərlərə ən böyük zərbədir. Demokratiya hər hansı bir ölkənin patenti deyil, o, bəşəriyyətin ortaq dəyəridir. Demokratik prinsiplərin tətbiqində vahid mexanizmin bugünədək müəyyənləşdirilməməsi daim problemlərin yaşanmasına, etimad mühitinin sıfıra enməsinə gətirib çıxarar. ABŞ-nin hazırkı administrasiyasının guya demokratiya naminə keçirdiyi sammitlər də daim tənqid atəşinə məruz qalır. Bu reallıq da xüsusi vurğulanır ki, Bayden administrasiyasının təqdim etdiyi demokratiya modeli bu ölkənin xarici siyasətinə, hazırkı beynəlxalq siyasi reallıqlara uyğun gəlmir.

Millət vəkili bildirib ki, Bayden hökumətinin demokratiyanın əsas elementlərindən olan məhkəmə sisteminin qərarlarına belə hörmətsiz yanaşması təəccüb doğurmur. Onun təşkilatçılığı ilə keçirilən saxta demokratiyaya dəstək sammitləri bu hökumətin demokratik islahatlarının əsasında  hansı məqsədlərin dayandığının aydın ifadəsidir. Qeyd edək ki, həmin sammitlərdə Ermənistanın dəvət edilənlər sırasında olması  Baydenin demokratik prinsiplərə hansı prizmadan yanaşdığını açıqlamışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 Dekabr 2024 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri