Deputat bəzi bölgələrdə kommunnal tariflərin 3 dəfə azaldılmasını təklif edib
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Büdcə layihəsi neftdən fərqli olaraq, tükənməyən Zəfər salnaməsinə, dövlət institutlarının monolitliyinə, ölkə başçısının beynəlxalq nüfuzuna, qlobal tərəfdaşlarımıza, daxili siyasi həmrəyliyə və vətəndaş sülhünə söykənməlidir. O zaman büdcə təkcə rəqəmlər toplusu deyil, həm də xalqın gözlənti və arzularını ifadə edən milli strateji sənədə çevriləcək”.
Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentdə 2026-cı il dövlət büdcə zərfinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, son iki həftədə büdcə layihəsi ətrafında aparılan media və ictimai müzakirələr ən azı gəlir və xərc maddələri qədər əhəmiyyət daşıyır. “42 milyard manata yaxın böyük maliyyə tutumlu, Gürcüstan və Ermənistanın birlikdə formalaşdırdığı 20,3 milyard dollarlıq büdcəsini 1,3 dəfə, sosial sahəyə ayrılan 10.1 milyard dollarlıq xərclərin Ermənistandakı 2.6 milyardlıq göstəricidən 4 dəfə artıq olan “Bütövlük büdcəsi” ilə bağlı, təəssüf ki, sənəd hələ geniş ictimai müzakirələrə çıxarılmamış əks media məzmunları formalaşdırıldı, hətta hakimiyyətə yaxın təhlilçilər belə inamlı mesajlarda tərəddüd göstərdilər”, - o qeyd edib.
O əlavə edib ki, cərimələr, vergi dərəcələrinin artırılması, güzəştlərin ləğvi və ixtisarlarla bağlı sosial mediada gündəlik tirajlanan fərziyyələr sosial bədbinlik yaratmağa, büdcə layihəsini ictimai müdafiədən məhrum etməyə yönəlib. “Halbuki əhali ilə kommunikasiyanı gücləndirərək, nailiyyətləri izah etməklə yanaşı, problemləri də açıq söyləməliyik ki, dövlətin siyasəti xarici düşmən tribunalarından qorxulu ssenarilər kimi təqdim olunmasın. Uğurlarımız çoxdur, vətəndaşlarla ünsiyyət platformalarımız isə limitsizdir. Ulu öndər 1993-cü ilin böhranında xalqı dövlət ətrafında şəxsi nüfuzu və inandırma gücü ilə səfərbər etmişdisə, bütövləşən Azərbaycanda müsbət ictimai rəyi formalaşdırmaq 44 müqəddəs gündəki qədər müstəsna əhəmiyyət daşıyır.
8 avqust Vaşinqton Zirvəsi 90-cı illərin “Əsrin neft müqaviləsi” kimi yeni yüzilin tarixi anlaşmasıdır. Razılaşmalar büdcəyə yalnız cari ehtiyaclar üçün deyil, həm də regionu açmaq və qlobal iqtisadi layihələr baxımından yeni yanaşmalar tələb edir. Müharibə riskinin aradan qalxması və sülh müqaviləsinin gələn il imzalanması perspektivi qarşıdakı 10 ildə ümumi regionda 2 milyondan çox iş yerinin açılmasına təkan verə bilər. Prezidentin qətiyyəti göstərir ki, biz sərhədlərin Naxçıvana gedən yolla birlikdə açılmasına hazır olmalıyıq”, - o vurğulayıb.
Z.Oruc onu da qeyd edib ki, əhalinin illik 100 min nəfər demoqrafik artımı ilə yanaşı, Rusiya-Ukrayna müharibəsi fonunda ölkəyə qayıdanların sayında son 5 ildə 18 yaşdan yuxarı əhali 1,2 milyon nəfərdən çox yüksəlib: “ Məsələn, 2020-ci ildə 5,2 milyon olan seçici sayı 2024-cü ildə 6,45 milyon nəfərə çatıb. Deməli, uzun illərin emiqrasiya axınında əks proses gedir.
Qayıdanların sosial statusu, bacarıq və təcrübə məlumatlarının toplanması, iqtisadi mexanizmlərlə onların doğulduqları bölgələrə yönəldilməsi gərəkdir. Orta illik temperaturun iqtisadi zonalar üzrə fərqli olduğunu nəzərə alıb, sərhəd kəndlərində elektrik və qaz tariflərinin 3 dəfə azaldılması təkcə sosial deyil, həm də təhlükəsizlik əhəmiyyəti daşıyan daxili miqrasiyanı tarazlaşdırar, büdcəyə ciddi itkilər yaşatmazdı.
Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, dövlətin balansında olan 10 minə yaxın qeyri-yaşayış obyektinin yalnız 30 faizinin icarəyə verilməsi iqtisadi rezervləri və büdcə gəlirləri üçün əlavə mənbələri göstərir. Cəmi iki il əvvəl azad olunan Xankəndidəki iqtisadi canlanma modeli bunu təsdiqləyir: əhali məskunluğu aparılmadığı bir şəraitdə 500-dən artıq obyektin sahibkarlara şəffaf qaydada verilməsi real iqtisadi dinamika yaradıb.
3 noyabrda Prezident alimlərimizdən yeni gözləntilərini dilə gətirdi-suverenliyimiz şanlı ordumuzdan milli universitet və tədqiqat institutlarının, elm adamlarının üzərinə qoyulur. Bəli, Azərbaycan dövləti İsrailin müasir raketlərini müharibədə uğurla tətbiq edən, Zəfər qazanan tək ölkə kimi onun elm siyasətini də nümunə ala bilər. Coğrafi kiçik bir ölkə elmi-texnoloji məqsədlərə 28 milyard dollar vəsait xərcləyir, 37 müsəlman ölkəsindən birlikdə daha çox sərmaye qoyur. Ona görə də 100-lərlə gənc alimimizin maliyyələşdirilməsi texnofest nəslini yaratmağa, iki tədqiqat universitetini qurmağa kömək edərdi”.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 19 Noyabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















