Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Deputat: Bəzi peşə təhsili verən müəssisələrdə ixtisaslar təkrarlanır

Deputat: Bəzi peşə təhsili verən müəssisələrdə ixtisaslar təkrarlanır

Icma.az bildirir, Oxu.az portalına istinadən.

"Qanunvericilik bazasına motivasiya xarakterli, peşə təhsilinin konkret regionda cazibədarlığının artırılmasına xidmət edən əlavə və dəyişikliklər əmək bazarı nəzərə alınmaqla, qeyri-enerji sektorunun inkişafına, yeni iş yerlərinin açılmasına xidmət etməlidir".

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin bugünki plenar iclasında deputat Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, bu sıraya qanunvericilik səviyyəsində olmasa da, digər hüquqi-normativ aktlar çərçivəsində peşə təhsili alan gənclərin xüsusilə də fermer təsərrüfatları yaratmaları üçün kiçik biznes layihələrinin maliyyələşdirilməsinə, onlara təşkilati və hüquqi yardım göstərilməsi istiqamətində təşəbbüslər də daxil edilməlidir:

"Qanun layihəsinin ümumi mahiyyəti imkan verdiyi üçün təmsil etdiyim Ağsu rayonu ilə bağlı bir mühüm məqama diqqət çəkmək istəyirəm. Ağsu rayonu onu əhatə edən inzibati ərazi subyektləri arasında yeganə rayondur ki, burada peşə təhsili verən təhsil müəssisəsi yoxdur. Ağsu rayonunu əhatə edən Şamaxı, Göyçay, İsmayıllı və Kürdəmirdə peşə liseyləri var və bu liseylərdə tədris olunan ixtisasların da əhəmiyyətli hissəsi bir-birini təkrarlayır.

Məsələn, geniş profilli "Traktorçu-maşinist", "Təmirçi-çilingər" ixtisasları adlarını sadaladığım rayonlarda fəaliyyətdə olan peşə məktəblərinin hər birində var. Eyni fikri "Elektrik qaz qaynaqçısı", "Əməliyyatçı-mühasib", "Elektrik montyoru", "Baytar texniki", "Avtomobil təmiri" və digər ixtisaslarla bağlı demək də mümkündür. Amma Ağsu da daxil olmaqla adlarını çəkdiyim rayonlarda ən böyük problem suvarma sistemləri ilə bağlı olduğu halda yalnız Kürdəmirdə belə bir peşə tədris edilir. Yaxud ərazidə yaşayan əhali əsasən kənd təsərrüfatı ilə məşğul olsa da, "Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer" peşəsi yalnız Göyçay peşə liseyində var. Bununla yanaşı, həm Şamaxıda, həm Göyçayda, həm də İsmayıllıda kollec var. Sözügedən kolleclərdə də bir xeyli ixtisas təkrarlanır. Amma Ağsuda peşə məktəbi, kollec yoxdur və bu da şübhəsiz ki, rayonda təhsilin səviyyəsinə, elm və təhsillə bağlı ümumi atmosferə öz mənfi təsirini göstərir", - deyə deputat əlavə edib.

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 Fevral 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see515

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see486

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see298

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see277

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see271

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see268

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see260

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see259

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see257

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see253

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see252

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see235

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see232

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see231

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see224

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see223

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see211

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see207

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see205

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri