Millimiz “Böyük Dəbilqə”də bu heyətlə iştirak edəcək
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın 11 cüdoçusu 29-31 oktyabr aralığında Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçiriləcək "Böyük Dəbilqə" turnirində iştirak edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Məlumata görə, idmançılar 9 çəki dərəcəsində çıxış edəcəklər. Qadınlardan Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Südabə Ağayeva (70 kq), Madina Kaisinova (+78 kq), kişilərdən Balabəy Ağayev (60 kq), Ruslan Paşayev (66 kq), Kamran Süleymanov, Hidayət Heydərov (hər ikisi 73 kq), Elcan Hacıyev (90 kq), Uşanqi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) tatamiyə çıxacaq.
Kollektivə kişilərdən ibarət milli komandanın böyük məşqçiləri Elçin İsmayılov, Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və məşqçi Tərlan Kərimov rəhbərlik edəcəklər.
Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışa 60 ölkədən 400-ə yaxın cüdoçu qatılacaq.
Dünya Cüdo Turuna daxil olan turnirdə Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin üzvü, A kateqoriyalı beynəlxalq hakim Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq.
Bu mövzuda digər xəbərlər:Azərbaycanın Böyük Dəbilqə də iştirak edəcək cüdoçuları
01 May 2025 14:04
Böyük Dəbilqə də iştirak edəcək Azərbaycan cüdoçuları SİYAHI
24 Fevral 2026 11:53
Azərbaycan cüdoçusu Fransada “Böyük Dəbilqə”də iştirak edəcək AZƏRTAC
08 Yanvar 2025 10:41
Gürcüstandakı Böyük Dəbilqə də iştirak edəcək Azərbaycan cüdoçuları açıqlanıb
14 Mart 2025 22:52
Böyük Dəbilqə də 8 təmsilçimiz çıxış edəcək
03 Fevral 2026 11:31
Baxış sayı:87
Bu xəbər 26 Oktyabr 2026 18:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















