Icma.az
close
up
RU
Deputat: Bu gün də qəhrəman xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda davam edir

Deputat: Bu gün də qəhrəman xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda davam edir

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

“2020-ci il noyabr ayının 8-i bütün Azərbaycan xalqı üçün yeni zəfər dolu qələbə bayramı ilə başladı. Bu Azərbaycanın dövlətçilik tarixində yaşadığı və bütün dünyaya nümayiş etdirdiyi müzəffər Azərbaycan Ordusunun gücünü və qürurunu bir daha sübut etdi.Məhz həmin gün qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.
O əlavə edib ki, son 30 ildə Azərbaycan dövləti və xalqı əldə olunan nailiyyətlərə çatmaq üçün ağır və bir o qədər də keşməkeşli yollardan keçib:
“2020-ci il, sentyabr ayının 27-də beynəlxalq hüququn norma və prinsipləri əsasında, eləcə də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış məlum dörd qətnaməsini rəhbər tutaraq, 30 ildən artıq bir müddətdə ərazilərinin işğal altında saxlanılmasına son qoyulması məqsədilə Azərbaycan öz suveren ərazilərində hərbi əməliyyatlar həyata keçirdi.Həmin ilin 10 noyabr tarixində Ermənistanın Rusiya Federasiyasına rəsmi müraciət etməsindən sonra Rusiyanın bilavasitə iştirakı və hər üç dövlət başçılarının razılaşması ilə müharibə dayandırıldı, Azərbaycan-Ermənistan arasında özündə 9 bəndi əks etdirən bəyannamə qəbul olundu, beləliklə Ermənistan kapitulyasiya aktına imza atdı. Ermənistanın baş naziri Nikol Paşinyanın qeyd etdiyi kimi, Ermənistanın Şanlı Ordumuz qarşısında məğlubiyyəti qəbul etməkdən başqa çıxış yolu yox idi. Buna görə də işğalçı tərəf məğlub olduğunu etiraf etdi və münaqişə rəsmi olaraq dayandırıldı. Beləliklə, uzun illər həsrətində olduğumuz doğma Qarabağımızın işğaldan azad olunmasına yönəlik fəaliyyətimiz 44 günlük İkinci Qarabağ-Vətən Müharibəsində əldə etdiyimiz Zəfər, hər birimizə canı qədər əziz olan üçrəngli Bayrağımızın viran qoyulmuş şəhərlərimizdə dalğalanması ilə nəticələndi. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi.
“Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən Müharibəsində rəşadətli Ordumuzun Böyük Sərkərdəsi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi iləqazandığı möhtəşəm Zəfər müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin və Azərbaycan xalqının qələbə əzminin əyani təsdiqidir”.
Deputat diqqətə çatdırıb ki, bu Zəfər qüdrətli Ordu ilə yanaşı, Azərbaycanın iqtisadi və siyasi iradəsini də bütün dünyaya nümayiş etdirdi:
“Müharibə dövründə orduya komandanlıq edən, onun strategiyasını və taktikasını yüksək peşəkarlıqla müəyyənləşdirənAli Baş Komandanın siyasi, diplomatik fəaliyyəti informasiya müharibəsində də qələbə ilə nəticələndi. Prezident İlham Əliyev istər müharibənin gedişində, istərsə də müharibədən sonra dünyanın nüfuzlu KİV-lərinə verdiyi müsahibələrlə münaqişə ilə bağlı beynəlxalq ictimaiyyətin fikrini dəyişdirməyə müvəffəq oldu.Keçən beş il ərzində Azərbaycan uğurlu xarici siyasəti ilə Böyük Sülh Sazişinin imzalanmasını, habelə regionda yeni reallıqlara əsaslanan quruculuq dövrünün başlanmasının vaxtı olduğunu bütün ikitərəfli və çoxtərəfli beynəlxalq görüşlərdə dəfələrlə mövqe kimi nümayiş etdirir. Xüsusilə, 08 avqust 2025-ci il tarixində Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında baş tutan üçtərəfli görüşün nəticəsinə dair yeddi bənddən ibarət Vaşinqton Bəyannaməsinin imzalanması ilə Sülh Sazişinin müddəalarının paraflanması Azərbaycan xalqının növbəti illərdə Zəfər Gününü daha böyük sevinc, coşqu, və fəxarət hissi ilə qeyd edəcəyinə əminlik yaradır”. 
Millət vəkili qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ-Vətən müharibəsində əldə etdiyimiz Zəfər Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoydu:
“Bu Zəfər keçən beş il müddətində Azərbaycanın, eləcə də bütün regionun sülh və iqtisadi inkişafına ciddi təsir göstərməklə ölkəmizdə tamamilə yeni iqtisadi inkişaf amillərini formalaşdırdı.Eyni zamanda, bu gün Şərqi Zəngəzur və Qarabağ İqtisadi Rayonlarında gedən sürətli bərpa və quruculuq işləri Azərbaycan dövləti, xalqının dünyada, xüsusilə Cənubi Qafqazda sülhün, əmin-amanlığın, davamlı inkişafın carçısı olduğunu bütün dünyaya nümayiş etdirir. Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə müntəzəm səfərləri isə bunun əyani sübutudur.  Heç kəsə sirr deyil ki, Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu.Məhz Ümummilli Liderin yorulmaz səyləri nəticəsində müasir, müstəqil, demokratik Azərbaycan Respublikasının əsası qoyuldu, müstəqilliyimizin rəmzlərinə çevrilən Dövlət Bayrağı vəKonstitusiya qəbul edildi.
Təsadüfi deyil ki, noyabr xalqımız üçün xüsusi əlamətdar aylardan biridir. Bu ay qədirbilən Azərbaycan xalqı Zəfər Günü, Dövlət Bayrağı Günü və Konstitusiya Gününü böyük qürur hissi ilə qeyd edir. Dövlətçilik tariximiz üçün bu vacib günlər bu ilKonstitusiyamızın qəbul olunmasının 30-cu, İkinci Qarabağ-Vətən Müharibəsində əldə etdiyimiz Zəfərin 5-ci ildönümü münasibətilə ölkəmizdə elan olunmuş “Konstitusiya və Suverenlik İli”nə təsadüf edir.
Bu il xalqımız 08 noyabrda tarixi Zəfərin, eləcə də öz gücü, iradəsinin dünya ictimaiyyətinə nümayiş etdirilməsi məqsədiləAzərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin Azadlıq meydanında Zəfər Günü münasibətilə böyük Zəfər paradına şahidlik edəcək. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun, Azərbaycana dost və qardaş olan dövlətlərin nümayəndələri də iştirak edəcəklər. Bu gün də qəhrəman xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda davam edir. Bu şanlı tarix təkcə bizim üçün yox, gələcək nəsillər üçün də qürur mənbəyi olaraq qalacaq. Ölkə başçısının qeyd etdiyi kimi, “Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Noyabr 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see296

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see222

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see221

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see215

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see199

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see147

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see147

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see141

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see134

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see134

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see133

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see133

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see130

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see130

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see128

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

“Qarabağ”da məcburi əvəzlənmə: Kadi Borges zədələndi

05 Noyabr 2025 22:23see127

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri